generic dapoxetine priligy
WEEK'S MAIN NEWS 04 08 JULY 2011
Select Category:

“GƏNCLİYİNƏ HÖKM ÇIXARAN ÖLKƏNİN GƏLƏCƏYİ YOXDUR

Iyulun 5-də Gəncə şəhər Apellyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə gənc fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Prosesdə Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edənlər  yenidən vəsatət qaldıraraq  onun barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsini,ölkənin nüfuzlu şəxslərinin ərizəsi ilə zaminə buraxılmasını, prosesin məhkəmə istintaqı ilə keçilməsini istəyiblər.

Hakim heç bir əsas gətirmədən vəsatətləri təmin etməyib.

Bununla belə vəkillər birinci instansiya məhkəməsində Bəxtiyar Hacıyevə qarşı edilmiş pis rəftarla bağlı araşdırma aparılması məsələsini də qaldırıblar.

Lakin  bu vəsatət də təmin edilməyib.

Bundan sonra dövlət ittihamçısı  çıxış edərək  Bəxtiyar Hacıyevin barəsində verilmiş 2 illik həbs müddətinin qüvvədə qalmasını məhkəmədən xahiş edib.

Öz növbəsində vəkillər müdafiə etdikləri şəxs barəsində qaldırılmış cinayət işinə xitam verərək,ona bəraət verilməsini istəyiblər.

Bəxtiyar Hacıyev: “Bu gün bu məhkəmədə Azərbaycan gəncliyi mühakimə olunur.Öz gənclərinə qarşı hökm çıxaran ölkənin gələcəyi yoxdur”-deməklə münasibət bildirib.

Məhkəmə iyulun 6-da davam edib.

Gəncə şəhər Apellyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə keçən məhkəmədə Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin olunmayıb.

Məhkəmə  Bəxtiyar Hacıyev barəsində verilən 2 illik həbs cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, bu il mayın 18-də məhkəmə Bəxtiyar Hacıyevi CM-in 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək, 2 il müddətinə azadlıqdan məhrum edib.

Yerli və beynəlxalq ictimaiyyət onu vicdan məhbusu və siyasi məhbus sayır. Hacıyevin həbsinin əsl səbəbinin bu ilin mart-aprel aylarında gəncləri İctimai Palatanın etiraz aksiyalarında iştiraka çağırması olduğu bildirilir.

DEMOKRATİYA İCMASININ  6-CI NAZİRLƏR KONFRANSI KEÇİRİLİB

Demokratik dövlətlərin beynəlxalq koalisiyası kimi fəaliyyət göstərən Demokratiya İcmasının təşkilatçılığı ilə 28 iyun – 1 iyul tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində 6-cı Nazirlər Konfransı keçirilib.

Konfrans çərçivəsində həmçinin Vətəndaş Cəmiyyəti forumu, “Demokratiyanı Genişləndirən Qadınlar: Ən yaxşı Nümunələr” adlı forum, “Demokratiyaya Aparan Yol: Demokratiya İcmasınınm Rolu” adlı parlament forumu, Gənclik Forumu keçirilib.

Nazirlər Konfransının yekununda Vilnüs Bəyannaməsi qəbul edilib. Bəyananmədə Demokratiya İcmasının fəaliyyətinin gücləndirilməsinin vaciblyi və demoktratiyaya keçid mərhələsində olan dövlətlərə yadım təşəbbüsü ön plana çəkilir.

Konfrans çərçivəsində ABŞ Dövlət katibi Hillari Klinton və Litvanın Xarici İşlər Naziri Audronius Azubalis vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçiriblər.

İyunun 30-da Gənclik Forumunda iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun rəhbəri Emin Hüseynov çıxışında  Azərbaycanda gənc fəalların yeni texnologiyalardan istifadə etməklə mesajlarını bütünlükdə cəmiyyətə, fəal gənclərə çatdırması barədə məlumat verib.

Demokratiya İcmasının növbəti konfransı Monqolustanın Ulan-Bator şəhərində keçirəcək.

Demokratiya İcması 2000-ci ildə Varşavada Polşanın keçmiş Xarici İşlər Naziri Bronislav Geremek və keçmiş ABŞ dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə yaradılıb. 2000-ci ildə keçirilən müvafiq konfransda dünyanın 106 ölkəsindən olan nazirlər heyəti Demokratiya İcmasına Doğru Bəyannaməsini imzalayıblar.

EYNULLA FƏTULLAYEVİN AVROPA TƏƏSSÜRATLARI

 

Keçmiş siyasi məhbus Eynulla Fətullayev Avropa Şurasında keçirdiyi görüşlərlə bağlı mətbuat konfransı keçirib. Səfər Avropa Şurası rəhbərliyinin dəvətilə reallaşıb, Fətullayev səfər çərçivəsində çoxsaylı görüşlər keçirib.

 

O, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi Kristofer Ştrasseri şəxsi qonağı kimi Azərbaycana dəvət etdiyini, artıq rəsmi dəvət göndərdiyini nəzərə çatdırıb. Ştrasserin Bakıya səfəri zamanı siyasi məhbuslarla bağlı konfrans keçirilməsi nəzərdə tutulur.

Məruzəçinin AŞPA-nın payız sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzə ilə çıxış edəcəyi gözlənilir.

 

E.Fətullayev Avropa Şurasının Baş katibi Tonbiorn Yanqlanda Azərbaycana səfər etmək, rəsmi Bakı ilə dialoqa başlamaq təklifi verdiyini də deyib. O, Avropa Şurasının rəsmi Bakıya təzyiq mexanizminin olduğunu deyərək yeganə effektli yol kimi Baş katibin hakimiyyətlə dialoq qurmasını göstərib.

Bu, ölkə vətəndaşlarının elementar hüquqlarının müdafiəsinə yardımçı ola bilər. E.Fətullayev son 4 ildə Azərbaycanın beynəlxalq imicinin aşağı düşdüyünü də nəzərə çatdrıb.

 

AŞ Nazirlər Kabineti E.Fətullayevə çatacaq kompensasiyanın ödənməsı üçün Azərbaycanla bağlı sayca 3-cü qərarı verməyə hazırlaşır. E.Fətullayev həbsxanada ikən ona qarşı irəli sürülən narkotika ittihamı ilə bağlı işlərin Avropa məhkəməsində kommunikasiya mərhələsində olduğunu deyib.

 

E.Fətullayev Avropa Siyasi Məktəbində Azərbaycan jurnalistlərinin informasiyaya çıxışı barədə məruzə edib. Azərbaycan jurnalistlərinin informasiyaya çıxışının məhdudluğunu “Azərbaycanda informasiyanın özü dövlət sirridir” şəklində ifadə edib. Azərbaycan dövlət başçısının 8 ildə bif dəfə olsun yerli jurnalistlərə müsahibə vermədiyini deyib.

 

Gələcək fəaliyyətilə bağlı bir sıra beynəlxalq təşkilatlarla birgə qəzet çap etməyə hazırlaşdığını deyən E.Fətullayev dünya parktikasında belə təcrübənin olduğunu xatırladıb.

 

NEMƏT PƏNAHLININ AİLƏSİ SİYASİ SIĞINACAQ İSTƏMƏK NİYYƏTİNDƏDİR

 

Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlının vəkilləri və yaxınları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində mətbuat konfransı keçiriblər.

 

Məhkumun qardaşı Səməd Pənahlı qeyd edib ki, iyulun 2-də Nemət Bakı İstintaq Təcridxanasının karserinə yerləşdirilib. “Hakimiyyət onu “fiziki cəhətdən məhv etmək” istəyir- partiya sədrinin qardaşı belə deyir.

 

O, hesab edir ki, iş ilk gündən sifarişli xarakter daşıyır. Pənahlının axtarış zamanı müsadirə olunmuş arxivləri hələ də qaytarılmayıb.

“Qardaşımın azad edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət etmişəm”, deyə Səməd Pənahlı bildirib. Lakin bundan sonra Nemət karserə salınıb, evinə isə “Paşa Sığorta” şirkətinin əməkdaşları gələrək, borcları olduğu üçün əmlakının müsadirə olunacağını bildiriblər.

 

“Bütün bunlar göstərir ki, Nemət Pənahlıya qarşı aparılan kampaniyanın başında İlham Əliyev durur”, deyə Səməd Pənahlı əlavə edib. Onun sözlərinə görə, Pənahlının ailəsi bütün beynəlxalq təşkilatlara müraciət etmək, habelə Türkiyə hakimiyyətindən siyasi sığınacaq istəmək niyyətindədir.

 

Vəkil Samir İsayev bildirib ki, Nəsimi rayon məhkəməsinin Nemət Pənahlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmündən apellyasiya şikayəti verilib.

 

Pənahlının karserə salınmasına gəlincə, vəkilin hələlik bunun səbəbləri barədə tam məlumatı yoxdur. Eyni zamanda, o əmindir ki, müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulub.

 

QHT-lər ŞƏFFAFLIQ TƏLƏB EDİR

İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində ölkənin bir sıra QHT-ləri beynəlxalq donor təşkilatlarla münasibətlərinə dair dəyirmi masa keçiriblər.

Qeydə alınmayan QHT rəhbəri Razi Nurulla son illər ölkə QHT-lərinin maliyyə təminatında ciddi problemlər yarandığını deyib. Hətta maliyyəsizlik üzündən 3-cü sektorun qismən sıradan çıxmaq təhlükəsi yaranması xəbərdarlığı edib.

 

Razi Nurulla tədbirin keçirilməsində məqsədin heç də beynəlxalq donor təşkilatları tənqid etmək yox, QHT-lərlə donor təşkilatlar arasında sağlam əməkdaşlıq qurmaq olduğunu deyib.

Yerli QHT təmsilçiləri ölkədə fəaliyyət göstərən beynəlxalq donor təşkilatları qeyri-şəffaf müsabiqələr keçirməkdə, müsabiqələri formal aparmaqda, müsabiqələrdə eyni QHT-lərin qalib gəlməsində, yerli QHT-lərin beynəlxalq QHT-lərlə qeyri-bərabər şəraitdə mübarizə aparmaq faktı önündə qoymasında, yerli QHT-lərə sayğısız münasibətdə ittiham ediblər.

 

Amma bütün bu ittihamlara baxmayaraq tədbir təşkilatçıları tədbirin məqsədinin beynəlxalq donor təşkilatlarını tənqid və ya ittiham etmək yox, QHT-lərlə bu donor qurumları arasında sağlam əməkdaşlıq qurmaq olduğunu iddia ediblər.

 

ATƏT, Avropa komissiyası, səfirliklər qrant layihələrini şəffaf keçirməməkdə ittiham olunub. Bundan irəli gələrək QHT təmsilçiləri belə donor təşkilatları ya fəaliyyətlərini dayandırmağa, ya da qrant müsabiqəsində ayrı-seçkiliyə yol verilməməsi üçün donor təşkilatlarla QHT-lər arasında “oyun qaydaları”nı müəyyən etməyə çağırıblar.

 

Yerli QHT təmsilçilərinin fikrincə, beynəlxalq QHT-lərlə qeyri-bərabər mübarizə şəraitində qalmamaq üçün donor təşkilatlar beynəlxalq QHT-lər üçün ayrı, yerli QHT-lər üçün ayrı müsabiqə keçirməlidir. Eyni zamanda QHT təmsilçiləri QHT-lərə Dövlət Dəstəyi Şurasını qrantların azlığında, bürokratiyaya meyllilikdə günahlandırıblar.

Müzakirələrin nəticəsi olaraq QHT təmsilçiləri bəyanat qəbul ediblər.

 

AZƏRBAYCAN  İSLAM PARTİYASI SƏDRİNİN MƏHKƏMƏSİ BAŞLAYIB

Bakı Ağır Cinayətlərə dair işlər üzrə məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Möhsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, partiya sədrinin müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin , Dəyanət Səmədovun, Fəramiz Abbasovun, Zülfiqar Mikayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında Səmədovun vəkili Anar Qasımov vəsatət qaldıraraq təqsirləndirilənlərin barmaqlıqlar arxasında deyil, vəkillərinin yanında oturmalarını istəyib.

Məhkəmə hazırlıq iclasının predmetinə uyğun gəlmədiyini əsas gətirərək vəsatəti rədd edib.

Daha sonra vəkil Möhsüm Səmədovun müdafiə hüququnun pozulduğunu, əsas olmadan saxlandığını, inzibati qaydada saxlandıqdan sonra saxlanma yerinin qanunsuz olduğunu əsas gətirərək cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.Vəkil bildirib ki, müdafiə etdiyi şəxs barəsində açılan cinayət işində heç bir sübut yoxdur. M.Səmədovun həbsi məhz siyasi fəaliyyəti ilə bağlıdır.

Bundan sonra həbsdə olan islamçıların ailələri  onların həbsinə etiraz olaraq zalda “Allahu -əkbər” “, onları həbs edənləri lənətləyərək ucadan təkbir deyiblər.

İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

 

Share |
Added: 2011-07-09
Category: Həftənin İcmalı
Duration: 0:12:17
Video Description: WEEK'S MAIN NEWS 04 08 JULY 2011