generic dapoxetine priligy
HAKİMİYYƏT İSTƏNİLƏN YOLLA ƏVƏZ ZEYNALLINI CƏZALANDIRMAQ İSTƏYİR
Select Category:
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı cinayət işi uydurmadır, hakimiyyəti tənqid etdiyinə görə və onun gələcək fəaliyyətinə mane olmaq üçün edilib. Belə nəticəyə Ə.Zeynallının həbsini araşdıran jurnalistlərin Preventiv Cavab Qrupunun (PCQ) aralıq hesabatında gəlinib. Hesabatda Ə. Zeynallının 2011-ci il oktyabrın 28-də saxlanması, istintaqla bağlı həbs müddətinin uzadılması əsassız sayılır. Bununla bağlı vəkillərin verdiyi şikayətlərin Bakı Apellyasiya Məhkəməsində təmin edilmədiyi qeyd olunur. Baş redaktor həbsdə ikən 2012-ci il yanvarın 23-də “Baltika-Bakı” MMC-nin baş direktoru tərəfindən qəzetin Nərimanov Rayon Məhkəməsinə verilərək 50 min manat cərimə olunması daha bir qanunsuz addım sayılıb. Qəzetin yoxlamalara cəlb edilməsi də araşdırılıb. Yoxlamaların qəzet təmsilçilərinin iştirakı olmadan aparıldığı aşkarlanıb. Qəbzlərin Ə.Zeynallıya şəxsən təqdim edilməsi redaktorun həbsdə olduğu vaxtlarda göstərildiyi üçün bunun yalan olduğu vurğulanıb. Təyin edilən cərimə məbləğlərilə bağlı vəkillər iqtisadi məhkəməyə şikayət veriblər. Bundan əlavə, Ə.Zeynallıya qarşı 7251 manat məbləğində vergidən yayınma üzrə ittiham irəli sürülüb. Bu ittiham üzrə o 3 il müddətinə azadlıqdan və həmin müddətə jurnalist fəaliyyətindən məhrum edilə bilər. Preventiv Cavab Qrupunun üzvü, Turan agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Əvəz Zeynallıya qarşı yeni ittiham ona görə irəli sürülüb ki, rüşvət almaq ittihamı boşa çıxıb. Qrupun araşdırması təsdiq edir ki, ona qarşı ittiham saxtalaşdırılıb. Məqsəd nəyin bahasına olursa olsun redaktoru azadlıqdan məhrum etmək, jurnalist fəaliyyətinə maneçilik törətmək, digər jurnalistləri qorxutmaqdır. Qrupun rəhbəri Əfqan Muxtarlının sözlərinə görə, Ə.Zeynallının həbsi qanun pozulmaqla həyata keçirilib və o, faktiki olaraq oğurlanıb. Bundan əlavə, Ə.Zeynallını qanunsuz olaraq həbsdə saxlayırlar. Belə ki, həbs müddəti bir ay öncə bitib. “Xural” qəzetinin nümayəndəsi Nizami Həsənli bildirib ki, müraciət etmələrinə baxmayaraq Ə.Zeynallıya və Kürdəxanı təcridxanasında saxlanılan digər məhbuslara “Euvovision” müsabiqəsinə baxmağa icazə verilmir. PCQ araşdırmanı davam etdirmək, kobud qanun pozuntuları barədə yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq niyyətindədir.
Share |
Added: 2012-05-23
Category: İfadə azadlığı
Duration: 0:03:35
Video Description: HAKİMİYYƏT İSTƏNİLƏN YOLLA ƏVƏZ ZEYNALLINI CƏZALANDIRMAQ İSTƏYİR