Haqqımızda PDF faylını al Çap E-poçt

Obyektiv TV 2010-cu ilin mayında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən, Turan informasiya agentliyi ilə əməkdaşlıq etməklə, ənənəvi mətbuat mənbələri üzərində artan hökumət nəzarətinə qarşı, Azərbaycandan alternativ insan hüquqları yayımını təmin etmək məqsədilə qeyri-kommersiya, müstəqil onlayn xəbər mənbəyi kimi yaradılmışdır. Obyektiv TV əsas media tərəfindən məhəl qoyulmayan, az işıqlandırılan və ya qərəzli işıqlandırılan məsələlər, o cümlədən ifadə azadlığı, qanunun aliliyi, şəffaflıq və mülki hüquqlar üzərində mərkəzləşir. Obyektiv TV-nin Azərbaycanda hər hansı siyasi partiya ilə bağlılığı yoxdur. Obyektiv TV demokratik cəmiyyət üçün lazım olan azadlıqları, şəffalıq və siyasi plüralizmi təbliğ edən müstəqil media nəzarət alətidir.

 

Obyektiv Tv-nin əsas məqsədi azərbaycanlıların və beynəlxalq ictimaiyyətin insan hüquqları xəbərlərinə çıxışını artırmaq və yerli auditoriyanın Azərbaycan vətəndaşları olaraq öz hüquqları haqqında məlumatlılığını artırmaqdır. Hüquqların pozulması və ya təhlükədə olması haqqında məkumat verməklə, Obyektiv TV şəffaflıq və plüralizm mədəniyyətini dəstəkləyir. Obyektiv Tv müxalif siyasilər, vətəndaş cəmiyyəti liderləri, jurnalistlə və sıravi vətəndaşlar, Azərbaycanın dövlət nəzarətində olan əsas medianın kənarda qoyduğu qruplar üçün peşəkar platforma təmin edir. Məqsəd isə əhalinin ehtiyacı və dövlətin təminatı arasındakı boşluq haqqında məlumatlılığı artırmaqdır.

 

Obyektiv TV-nin hədəfinə həmçinin beynəlxalq ictimaiyyət, o cümlədən Bakıdakı diplomatic korpuslar və xarici dövlətlərin nümayəndələri daxildir. Belə ki, ingilis dilli tərcüməçi və redaktorlar heyəti başqa yolla işıqlandırılmayan məlumatları beynəlxalq insane hüquqları ictimaiyyətinə çatdırmaq üçün xəbər bülletenlərinin ingilis dili versiyasını hazırlayırlar.

 

RATİ fəaliyyətini Azərbaycanda jurnalistrlərin və media nümayəndələrinin hüquqlarının qorunmasına və ifadə azadlığı və qanunun aliliyinin təbliğinə həsrt etmiş, qeyri-kommersiya, müstəqil QHT-dir. RATİ haqqında daha ətraflı məlumat üçün www.irfs.az vebsaytına daxil olaraq Haqqımızda bölməsini ziyarət edə bilərsiniz.

 

Əlaqə

Sədr: Emin Hüseynov

Ünvarn:Bakı şəhəri, R.Behbudov küç. 8, mənz. 85/86

Tel: (+994) 408 08 42

(+994) 408 75 30

E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Website: www.obyektiv.tv

 

Cari Obyektiv TV layihələri

Obyektiv TV həftədə 6 gün demokratik inkişaf, şəffaflıq və ifadə azadlığı ilə bağlı 8 kateqoriyada gündəlik xəbər videoları təqdim edir. Burda həmçinin “Xalq nə deyir”  və “Çətin sual” adlı 2 əlavə proqram yayımlanır. Hazırda Obyektiv TV-nin bütün videoları Azərbaycan dilində təqdim olunur və internet səhifəsi və xəbərlər ingilis dilinə tərcümə olunur. Xəbərlər tezliklə rus dilində yayımlanacaqdır

 

Xəbərlər:

Obeyktiv TV gün ərzində aşağıdakı 8 kateqoriya üzrə 5-7 xəbər təqdim edir: Qanunun aliliyi,  ifadə azadlığı, seçki azadlığı, toplaşma azadlığı, şəffaflıq, gender bərabərliyi, mülkiyyət hüququ, birləşmə azadlığı

 

Proqram:

Tok Şou—Tok şou proqram hazırlanmaqdadır. Bu proqram üçün Obyektiv TV studiya axtarır.

Xalq nə Deyir – Obyektiv TV müxbirləri şəhər boyunca gəzərək, adi vətəndaşları saxlayır və onlara siyasi fikir/məlumatlılıq və ya gündəlik həyatın müxtəlif aspektləri barədə suallar verirlər. Komanda ənənəvi media tərəfindən kənardlaşdırılan sosial demoqrafiya, məsələn qadınlar üzərində xüsusi diqqət ayırır. Qisa müsahibələrdə maraqlı məqamlar üzə çıxır.

 

Çətin sual –  Bu proqramda ekspertlər, siyasətçilər, vətəndaş cəmiyyətlərinin liderləri, və hüquq müdafiəçiləri dəvət olunur və onlara bir sıra “çətin suallar” verilir. Bu videolar bu gün Azərbaycanın üzləşdiyi məsələlərə dərindən işıq salır.

 

Müsahibələr - Müsahibə bölməsi də hazırlanmaq üzrədir, lakin Obyektiv TV yaxın gələcəkdə yerli siyasətçilər, müxalifətin fəal üzvləri və beynəlxalq diplomatlarla yüksək səviyyəli müsahibələr təqdim edəcəyinə ümid edir.

Canlı yayım - Canlı yayımlarda Obyektiv TV mühüm tədbirlərdən canlı reportajlar yayımlayır.

Həftəlik icmal – Hər həftənin sonunda Obyektiv TV həftənin əsas xəbərlərinin qısa xülasəsini təqdim edir.

 

Şərhsiz— These videos stand alone, whether they are reports from other news agencies, interviews, or footage of demonstrations.

- Bu bölmədə digər xəbər agentliklərindən reportajlar, yaxud müsahibələr və ya nümayişləri işıqlandıran videolar qoyulur

 

Heyəti tanıyın

 

Emin Hüseynov– Layihə Meneceri və RATİ sədr  Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Idrak Abbasov— Jurnalist     Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Fimar Asimqızı - Jurnalist

Rəsul Cəfərov – Hüquq Məsləhətçisi Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

İsmayıl Cəbrayılov– Tərcüməçi   Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Celia Davies – İngilis dili redaktoru Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Siz də iştirak edin

İanə- Azərbaycanda müstəqil mətbuat orqanlarının vəziyyətinin getdikcə ağırlaşmasına səbəb hökuməti tənqid edən mediada reklam yerləşdirilməsinə qoyulan yazılmamış qadağadır. Buna görə də müstəqil media təşkilatları qrantlar, qəzet satışı (çap mətbuatı)  və üzvlük haqları sayəsində fəaliyyət göstərirlər. Obyektiv TV-ni izləmək pulsuzdur və tamamilə xarici təşkilatlar tərəfindən verilən qrantlarla maliyyələşir. Özəl ianələr bizə öz xəbər əhatəmizin miqyasını və keyfiyyətini artırmağa kömək edə bilər. İndiyə qədər, Azərbaycanda azad ifadə və müstəqil işıqlandırma dəyərlərini rəhbər tutan çox məhdud saylı yerli təşkilatlara təhlükəsiz və anonim formada ianə verməklə, ifadə azadlığını dəstəklmək istəyənlər üçün heç bir yol yox idi. Biz ianə bölməsini açmaqla, ümid edir ki, azərbaycanlılar və həmçinin, beynəlxalq ictimaiyyət cavab verəcək və Azərbaycanda söz azadlığını dəstəkləyəcəklər.

Könüllülük— RATİ media və ya tərcümə sahəsində təcrübə qazanmaq istəyən, eləcə də vebsayt dizaynı və media texnologiyaları üzrə yaxşı biliklərə malik olan könüllülərin qoşulması üçün açıqdır. Maraqlanan aşağıdakı ünvana öz maraq məktublarını göndərməlidirlər Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. .

Beynəlxalq təcrübə proqramı— RATİ beynəlxalq tələbələr və yeni məzunlar üçün haqqı ödənilməyən təcrübə imkanları təklif edir. Təcrübə müddəti dəyişkəndir, amma ən az 3 ay çalışmaq imkanı olanlara üstünlük verilir. Maraqlananlar öz CV-ni və sadə maraq məktubunu aşağıdakı ünvana göndərə bilərlər:  Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. .

İş elanları—Vakansiyalar aşağıda élan elunur. Əgər sizə uyğun vakansiya yoxdursa, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ünvanına CV göndərin və o saxlanılacaq. Müntəzəm olaraq, saytı növbəti elanlar üçün yoxlayın.

 

Tərəfdaşlarımız

Obyektiv TV

National Endowment for Democracy (NED)

European Commission

German Marshall Fund—Black Sea Trust

IREX

 

RATİ (indiki və keçmiş donorlar)

Human Rights Institute (HRIDC- Georgia)

European Society Foreign Operation

International Research and Exchanges Board (IREX)

National Endowment for Democracy (NED)

Eurasian Cooperation Fund

MEMO 98

US Embassy Baku

Open Society Institute

British Embassy Baku

Council of Europe

OSCE

Norwegian Royal Ministry of Foreign Affairs

German Marshall Fund—Black Sea Trust

Human Rights House Foundation