generic dapoxetine priligy
MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR
Select Category:
MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB
0:05:00
LEYLA YUNUS AVROPA OYUNLARINI BOYKOT STRATEGİYASI VƏ TAKTİKASI HAQQINDA
0:03:46
GƏNCLƏR RÜŞVƏTXOR VƏ AVTORİTARLARI AŞKAR EDİRLƏR
0:03:41
AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR
0:10:26
ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI
0:05:36
FİZİKİ QÜSURLULARIN ŞİKAYƏTİNƏ BAXILDI
0:11:40
ATƏT PA KOMİTƏSİ AZƏRBAYCANLI DEPUTATIN TƏQDİM ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB
0:01:51
AZƏRBAYCANIN
0:02:59
ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI
0:04:54
İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB
0:06:02
ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜDÜR
0:03:52
NEQATİVLƏRƏ QARŞI ARDICIL MAARIFLƏNDİRMƏ İŞİ OLMALIDIR
0:02:00
AVROPA BİRLİYİNƏ AZƏRBAYCANLA ASSOSİATİV SAZİŞ İMZALAMAQDAN GERİ DURMAMAQ ÇAĞIRIŞI EDİLDİ
0:05:45
İCTİMAİ BİRLİK İKİNCİ SESSİYASINI DA BAŞA VURDU
0:02:28
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR
0:05:01
İSTİQLALÇI DEPUTATLAR TƏQAÜD MƏSƏLƏSİNİ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXARIRLAR
0:02:42
AZƏRBAYCANDA HEÇ KƏS ƏSASSIZ HƏBSDƏN SIĞORTALANMAYIB
0:02:21
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB
0:01:53
VALİDEYNLƏR ÖVLADLARININ SƏHƏTTİNƏ GÖRƏ TİBB MƏNTƏQƏSİNİN HƏKİMİNİ GÜNAHLANDIRIB
0:04:25
REAL HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLQAR MƏMMƏDOVA MÜKAFAT VERİLİB
0:01:47
See all 938 videos
İyulun 30-da İnsan Haqlarını Müdafiə Təşkilatları Monitorinq Qrupu ölkədə insan haqlarının durumuna dair Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində mətbuat konfransı keçirib. Mətbuat konfransında hüquq müdafiəçisi Novella Cəfəroğlu hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun saxlanması haqda informasiya aldıqlarını söyləyib və bunu pislədiklərini bildirib. Tədbirdə ölkədə insan haqları sahəsində durumun ağırlaşdığı ifadə edilib. Vətəndaş cəmiyyəti institutlarının, gənc fəalların, QHT təmsilçilərinin, siyasi və ictimai hərəkat fəallarının həbsinə etiraz ifadə olunub. Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin xuliqanlıq maddəsilə həbs olunması kəskin pislənilib. H.Hüseynlinin Gəncədə nüfuzlu şəxs olmaqla yanaşı, həm nüfuzlu QHT rəhbəri olması xüsusi vurğulanıb. Tədbir iştirakçıları siyahılarında olan 29 nəfər siyasi məhbusun taleyilə bağlı Prezident Administrasiyasına və ölkə prokurorluğuna məlumat verdiklərini deyiblər. Amma bütün bu səylərinə baxmayaraq bu sahədə durumun heç də sadələşməməsinə diqqət çəkiblər. Bu yaxınlarda həsb edilən Sirac və Fərəc Kərimov qardaşlarının narkotika, Müsavat partiyası Tərtər rayon təşkilatının keçmiş sədri Xaqani Məmmədovun xuliqanlıq maddəsilə saxlanmasına diqqət çəkilib. Siyasi və ictimai fəalların ya narkotika, ya da xuliqanlıq maddəsilə ittiham olunmaları diqqət mərkəzinə gətirilib. Məhkəmələrin ya siyasi sifariş, ya da korrupsiya maraqlarından irəli gələrək qərar çıxarmaları ifadə edilib. Azərbaycanda hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətdə cəzaların ağır formasını seçməsi vurğulanıb. Monitorinq qrupunun siyasi məhbus siyahısının Avropa Şurasının Baş katibliyinə təqdim olunduğu bildirilib. Son vaxtlar sosial şəbəkələrdə fəallığa görə bloqerlərin həbsinə də toxunulub. Bu həbslər ifadə azadlığını pozmaq kimi dəyərləndirilib. Tədbirdə təkcə ictimai-siyasi fəalların deyil, sadə vətəndaşların da haqsızlığa məruz qaldıqları və hüquqlarının qorunmadığı deyilib. Vətəndaş hüquqlarının qorunmamasına əsas səbəb kimi müstəqil məhkəmə sisteminin olmaması göstərilib. Belə ki,Yevlaxda hamilə qadın olan Şəhla Muxtarova soyadlı qadın özünü təcavüzdən qorumaq istərkən qətlə səbəb olub. Özünü qorumasına və hamilə olmasına baxmayaraq məhkəmə onu 7 il həbs cəzası verməkdən çəkinməyib. “Bir sözlə insan haqları sahəsində vəziyyət ürəkaçan deyil, məhkəmələr məmur, korrupsiya maraqlarına xidmət etdikcə də yaxşı olacağı gözlənilmir”-deyə hüquq müdafiəçisi Səadət Bənənyarlı qeyd edib.
Share |
Added: 2014-07-31
Category: Şəffaflıq
Duration: 0:03:15
Tags:
Video Description: MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR