generic dapoxetine priligy
MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB
Select Category:
MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR
0:03:15
LEYLA YUNUS AVROPA OYUNLARINI BOYKOT STRATEGİYASI VƏ TAKTİKASI HAQQINDA
0:03:46
GƏNCLƏR RÜŞVƏTXOR VƏ AVTORİTARLARI AŞKAR EDİRLƏR
0:03:41
AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR
0:10:26
ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI
0:05:36
FİZİKİ QÜSURLULARIN ŞİKAYƏTİNƏ BAXILDI
0:11:40
ATƏT PA KOMİTƏSİ AZƏRBAYCANLI DEPUTATIN TƏQDİM ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB
0:01:51
AZƏRBAYCANIN
0:02:59
ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI
0:04:54
İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB
0:06:02
ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜDÜR
0:03:52
NEQATİVLƏRƏ QARŞI ARDICIL MAARIFLƏNDİRMƏ İŞİ OLMALIDIR
0:02:00
AVROPA BİRLİYİNƏ AZƏRBAYCANLA ASSOSİATİV SAZİŞ İMZALAMAQDAN GERİ DURMAMAQ ÇAĞIRIŞI EDİLDİ
0:05:45
İCTİMAİ BİRLİK İKİNCİ SESSİYASINI DA BAŞA VURDU
0:02:28
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR
0:05:01
İSTİQLALÇI DEPUTATLAR TƏQAÜD MƏSƏLƏSİNİ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXARIRLAR
0:02:42
AZƏRBAYCANDA HEÇ KƏS ƏSASSIZ HƏBSDƏN SIĞORTALANMAYIB
0:02:21
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB
0:01:53
VALİDEYNLƏR ÖVLADLARININ SƏHƏTTİNƏ GÖRƏ TİBB MƏNTƏQƏSİNİN HƏKİMİNİ GÜNAHLANDIRIB
0:04:25
REAL HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLQAR MƏMMƏDOVA MÜKAFAT VERİLİB
0:01:47
See all 938 videos
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (ADQMŞ) iyulun 30-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində narkotrafiklə bağlı vəziyyət haqqında dinləmələr keçirib. Dinləmələr iyulun 11-də Gürcüstan gömrüyü tərəfindən Azərbaycandan gələn 3 tona yaxın heroinin saxlanılmasına həsr edilib. Bir müddət əvvəl Milli Şura dövlət qurumlarının narkotrafikdə əli olub-olmaması haqqında suala cavab istəyib, lakin bu qurumlar indiyədək heroin daşınması faktı ilə bağlı fikir bildirməyiblər. Milli Şuranın sədri Cəmil Həsənli narkotrafiki “milli faciə” adlandırıb.“Parlamentin deputatı olarkən ölkədə narkomaniya haqqında gizli məlumatlarla tanış olmağa müvəffəq olmuşdum. Bu məlumatlardan görünürdü ki, məhkumların 35%-i narkotik istifadəsinə, saxlanılmasına və ticarətinə görə həbs ediliblər”, deyə o bildirib. Turan agentliyinin direktoru Mehman Əliyev öz məruzəsində bildirib ki, narkotrafik haqqında ilk araşdırma 2006-cı ildə aparılıb, həmin vaxt jurnalist Mirzə Sakit narkotik saxlamaq və istifadə etmək ittihamı ilə həbs edilmişdi. BMT-nin kriminal və narkotiklər üzrə ofisinin rəsmi məlumatına görə, 2012-ci il ərzində Azərbaycan vasitəsilə Avropaya və Rusiyaya 4 mlrd. dollar dəyərində 308 ton narkotik daşınıb. Azərbaycandan keçən narkotiklərin 90%-i İran vasitəsilə Əfqanıstandan gəlir. Bu məlumatları vaxtilə Dövlət Gömrük Komitəsinin gömrük pozuntuları və qaçaqmalçılığa qarşı mübarizə İdarəsinin rəhbəri Güloğlan Muradlı təqdim etmişdi. Dinləmələrdə iştirak edən keçmiş polis zabitləri etiraf ediblər ki, narkotrafik dövlət qurumlarının və məmurların himayəsi altında həyata keçirilir. İstefada olan polis polkovniki Mahmud Hacıyev bir çox ölkələrdə, o cümlədən Rusiyada olduğu kimi, Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin DİN-in tərkibindən çıxarılmasının və narkotrafikə qarşı mübarizə üzrə müstəqil dövlət müəssisəsinin formalaşdırılmasının tərəfdarı olduğunu bildirib. ReAl hərəkatının təsisçilərindən biri olan Natiq Cəfərli inkişaf etmiş ölkələrin narkomaniyaya qarşı mübarizə təcrübəsinin tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib. Bu ölkələrdə əvəzedici terapiya kimi yüngül narkotiklərin istifadəsinə icazə verilib. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin fikrincə, narkotrafikə qarşı mübarizə üçün bütün cəmiyyətin iştirakı zəruridir. “Heç kim bu faciədən kənarda qala bilməz, belə ki, hər beş ailədən birində narkoman var və onların sayı sürətlə artır”, deyə Kərimli bildirib. “Narkotrafikə qarşı beynəlxalq mübarizənin fəallaşması müəyyən ümid yaradır və cəmiyyətin bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığı zərurətini diktə edir”, deyə Əliyev bildirib. “Düşünürəm ki, gürcü gömrükçülərinin narkotik saxlaması beynəlxalq əməliyyatın nəticəsidir. Gələcək illərin narkotrafik haqqında hesabatları beynəlxalq birliyin bu mübarizədə nə dərəcədə qətiyyətli olduğunu göstərəcək”.
Share |
Added: 2014-08-01
Category: Şəffaflıq
Duration: 0:05:00
Tags:
Video Description: MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB