generic dapoxetine priligy
RƏSUL CƏFƏROV HƏBS EDİLDİ
Select Category:
Avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov saxlanılıb. Bu barədə onun vəkili Xalid Bağırov bildirib. Vəkilin sözlərinə görə, onu Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırıblar. Cəfərov hələ iyulun 31-də prokurorluğun sözügedən idarəsinə çağırılıb və bir sıra yerli və xarici QHT-lərə qarşı iş üzrə şahid qismində 6 saat dindirilib. Elə həmin gün onun mənzilində axtarış aparılıb. Növbəti günlər o, yenidən prokurorluğa çağırılıb və tələb olunan sənədləri aparıb. Vəkil Xalid Bağırov bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsi Rəsul Cəfərova qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Cəfərov 2006-cı ildən hüquq müdafiə fəaliyyəti ilə məşğul olur. O, “Demokratiya naminə oxu” və “Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyalarının fəal iştirakçısı olub, siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olub. Strasburqda AŞPA-nın sonuncu sessiyası zamanı Rəsul Cəfərov və bir sıra digər hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbuslar problemi haqqında məruzə ediblər. Bir ay əvvəl Bakıda ATƏT PA-nın sessiyasında isə Cəfərov və digərləri vətəndaş cəmiyyətinin problemləri üzrə ictimai dinləmələr keçiriblər. Hər iki tədbir Bakının mənfi reaksiyasına səbəb olub. Hakimiyyət AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etmək qərarından sözün əsl mənasında qəzəbləniblər.
Share |
Added: 2014-08-02
Category: Qanunun aliliyi
Duration: 0:03:15
Tags:
Video Description: RƏSUL CƏFƏROV HƏBS EDİLDİ