generic dapoxetine priligy
ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLU
Select Category:
Avqustun 5-də Nəsimi Rayon Məhkəməsi konfliktoloq Arif Yunusun 3 ay müddətinə həbs olunması barədə qərar çıxarıb. Tanınmış konfliktoloq, Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusun yanına gedərkən saxlanılıb. Qeyd edək ki, onlar dövlətə xəyanətdə və digər cinayətləri törətməkdə ittiham olunurlar. Vəkil Xalid Bağırov bildirib ki, öncə A.Yunusu Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə aparıblar. Sonra vəkilə bildirilib ki, A.Yunus Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin yanına aparılıb. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, A.Yunusun həbsi cinayət-prosessual qanunvericiliyin tələblərini pozması ilə əlaqədardır. Belə ki, A.Yunus polisin icazəsi olmadan dəfələrlə yaşadığı rayonun ərazisini tərk edib, cinayət təqiblərinə məruz qalan şəxslərlə görüşüb, İnternet yazışması ilə məşğul olub, KİV-ə müsahibə verib və bu müsahibədə birtərəfli, həqiqətəuyğun olmayan məlumatlar verib”, - prokurorluğun məlumatında deyilir Pərvanə Fərid
Share |
Added: 2014-08-05
Category: Qanunun aliliyi
Duration: 0:03:02
Tags:
Video Description: ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLUxxx