generic dapoxetine priligy
HILAL MAMMADOV`S APPEAL TO BE REVIEWED, HELSINKI COMMISSION AZERBAIJAN IS NOT MOVING IN THE RIGHT D
Select Category:
RIGHTS ACTIVIST SENTENCED TO SIX YEARS IN JAIL, JOURNALIST MIRKADIROV TO REMAIN IN DETENTION
0:08:49
BLOGGER MEHMAN HUSEYNOV KIDNAPPED AGAIN, NIDA ACTIVISTS PREPARE TO MAKE CASSATION APPEAL (7 11 JULY)
0:04:40
BLOGGER OMAR MAMMADOV CONVICTED, PROSECUTOR SEEKS 7-YEAR JAIL SENTENCE FOR HASAN HUSEYNLI (30 JUNE-4 JULY)
0:04:50
ABILOV SENTENCED TO 5.5 YEARS IN JAIL, PROSECUTOR GENERALS OFFICE THREATEN LEYLA YUNUS
0:08:22
AZERBAIJAN`S `MAGNITSKY LIST` IS BEING COMPILED, SUPREME COURT KEEPS JOURNALIST HILAL MAMMADOV IN J
0:11:04
NIJAT ALIYEV`S APPEAL BEING CONSIDERED, PROSECUTOR REQUESTS 6 YEAR SENTENCE FOR OMAR MAMMADOV JUNE 1
0:06:11
PEDESTRIAN OVERPASS COLLAPSES IN BAKU,TRIAL OF HUMAN RIGHS ACTIVIST HASAN HUSEYNLI STARTS
0:05:39
PARVIZ HASHIMLI SENTENCED TO 8 YEARS IN PRISON, ANAR MAMMADLI AND TWO ACTIVISTS TESTIFY IN THEIR TRI
0:07:49
LEYLA YUNUS`HOME AND OFFICE SEARCHED, YOUTH ARRESTED IN 1 MAY PROCESSION GIVEN ADMINISTRATIVE DETEN
0:09:35
GULAR AHMADOVA RELEASED ON PAROL COURT SENDS NIDA ACTIVISTS TO JAIL FOR LENGTHY TERMS MAY (05 -10)
0:08:58
APPEAL COURT BACKS DETENTION OF JOURNALIST RAUF MIRGADIROV, JOURNALIST ILL TREATED WHILE FILMING AN
0:07:19
A.MAMMADLI`S CASE REFERRED TO THE COURT WITNESSES GIVE TESTIMONIES IN P.HASHIMLI TRIAL
0:05:26
PRELIMINARY HEARING WAS HELD ON FACEBOOK ACTIVIST CASE, PUBLIC PROSECUTOR REQUESTED LENGTHY JAIL SEN
0:07:23
GANDJA ACTIVIST HASAN HUSEYNLI DETAINED, `NIDA` ACTIVISTS TESTIFIED MARCH 31 APRIL 05
0:06:52
FIRE IN MEGAFUN, SHAHIN NOVRUZLU SAYS HE WAS TORTURED IN CUSYODY MARCH 24 29
0:08:33
KHADIJA ISMAYIL QUESTIONED, AGAIN APPEAL COURT KEEPS MAMMADLI IN PRETRIAL DETENTION (MARCH 10-15)
0:13:29
TRADERS PROTEST IN BAKU METRO, VERDICT ANNOUNCED IN ISMAYILLI TRIALMARCH 17 22
0:06:18
JOURNALIST PARVIZ HASHIMLI`S TRIAL COMMENCED, PETITION OF AVAZ ZEYNALLI WAS NOT GRANTED FEBRUARY 24-28
0:06:12
HUMAN RIGHTS NEWS (15 22 FEBRUARY):RESIDENTS OF SOVIET STREET AND STUDENTS HOLD PROTEST AZERBAIJANI GO
0:04:55
ELECTION NEWS (8-14 FEBRUARY) RIGHTS RISKS CHANGE!
0:03:32
See all 101 videos
Human rights defender, director of the Institute for Peace and Democracy Leyla Yunus held a press conference at the office of the organization in connection with country's inept human rights protection system. Leyla Yunus proclaimed a new advocacy strategy for human rights protection system - "not bowing to the government". Moreover, head of the IPD announced establishment of a center of resistance to repression with an aim of taking real steps in this field. She called on the former political prisoners and family members of political prisoners to join the center. Leyla Yunus made clear the reasons of setting up the Center. She stated that law enforcement agencies and judiciary are not independent and investigations are falsified in the country. On June 9, the Nasimi District Court, under the chairmanship Shalala Hasanova heard journalist Rauf Mirkadirov's complaint over denial of access to notary. The arrested journalist wanted to sign a power of attorney for Turkish lawyers to protect his rights in Turkey. According to the journalist's lawyer Elmar Suleymanov, the court rejected the appeal. Defense also filed a motion for trying Mirkadirov in absentia, which was dismissed by the court. Note that Rauf Mirkadirov, correspondent of Baku-based Zerkalo newspaper, was arrested by MNS employees on April 19 after being deported to Baku from Turkish capital city Ankara where he had been living since 2010. He is charged under Article 274 (treason) of the Criminal Code. Nasimi district court has ordered him to serve 3 months of pretrial detention. On June 10, a group of ex-deputies held a press conference at the Media Center of the IRFS due to the discrimination against deputies who signed the October 18, 1991 Act of Independence of Azerbaijan. Ex-deputy Hajibaba Azimov believes that there is threat to the independence of Azerbaijan, and as a source of this he pointed to the pro-Russian officials of the authority. In his view, these people are against those who back independence, statehood and freedom. He added that in all countries, except Azerbaijan, Independence Day is a day off. He blamed Deputy Hadi Rajabli for excluding State Independence Day from holiday list. He further blamed Safa Mirzayev, the Chief of Staff of the Milli Majlis for denying state pensions to deputies who participated in the Act of Independence. The US Congressional Commission on Security and Cooperation in Europe, on June 11, strongly urged the Azerbaijani government to fulfill its obligations on human rights and democracy, instead of heading further towards authoritarianism. "We consider Azerbaijan an important friend and partner in the region and that means we care deeply about its development", said chairman of the Commission Senator Benjamin Cardin. Along with problems on freedom of media and association, last two years have marked high number of arrests and convictions of activists, harassment on politically motivated charges and announcement of verdicts. "Our concern is that rather than working to live up to its commitments in the OSCE and the CoE, Azerbaijan is instead heading towards greater authoritarianism. We want to work with Azerbaijan to change this trend," he added. The hearings in Helsinki Commission is important because the representative staff of the Congress is getting ready to the bilateral meetings and the session of OSCE Parliamentary Assembly. Deputy Assistant Secretary of State Thomas Melia, who was refused to enter Azerbaijan, last September underlined the importance of dialogue on democracy between two countries. He added that the best way to guarantee the stability is to respect strengthening of democratic processes and institutions, rule of law and fundamental freedoms. According to Melia, situation in Azerbaijan on freedoms of citizens has deteriorated in last 5 years and continues worsening. Speaker Miriam Lanskoy, director for Russia and Eurasia, National Endowment for Democracy noted that Azerbaijan was about to host the OSCE PA at the end of June. Despite participation in these international forums, over the last decade freedoms in Azerbaijan have declined substantially. Overall, the country has gone from semi-free to state of consolidated authoritarianism. Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qurumun ofisində ölkədəki mövcud hüquq müdafiə sisteminin yararsızlığı barədə mətbuat konfransı keçirib. Leyla Yunus hüquq müdafiə sisteminə təklif etdiyi yeni fəaliyyətin strategiyası olaraq hökumətə əyilməmək prinsipi bəyan edib. Bu sahədə real addımlar ata bilmək üçün Sülh və Demokratiya İnstitutunun rəhbəri qurum daxilində Repressiylara Müqavimət Mərkəzi (RMM) yaratdığını elan edib. O, keçmiş siyasi məhbusları, siyasi məhbusların ailə üzvlərini Mərkəzdə iştiraka dəvət edib. Leyla Yunus Mərkəzin yaradılması səbəblərinə də aydınlıq gətirib. Ölkədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin müstəqil olmadıqlarını, istintaqların isə saxtalaşdırıldığını nəzərə çatdırıb. İyunun 9-da Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə dövlətə xəyanət ittihamı ilə həbs olunmuş jurnalist Rauf Mirqədirovun notariusun Türkiyə vəkillərinə etibarnamə vermək üçün onun yanına buraxılmaması barədə şikayətinə baxılıb. Vəkil Elmar Süleymanov bildirib ki, məhkəmə şikayəti təmin etməyib. Müdafiə tərəfi jurnalistin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 10-da bir qrup İstiqlalçı deputat ayrı-seçkiliyə məruz qalmaları ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində mətbuat konfransı keçirib. İstiqlalçı deputat Hacıbaba Əzimov son vaxtlar Azərbaycanın müstəqilliyinə təhlükə yarandığını deyib və bu təhlükənin mənbəyi kimi hakimiyyətdəki Rusiyaya xidmət edən məmurları göstərib. Onun fikrincə, bu insanlar ölkə istiqlalına, dövlətçilik və müstəiqillik tərəfdarı olan şəxslərə qarşıdırlar. Hacıbaba Əzimov Azərbaycan istisna olmaqla qalan bütün ölkələrdə istiqlal gününün bayram və qeyri-iş günü olduğunu bildirib. O, Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü sırasından çıxarılmasına görə deputat Hadı Rəcəblini ittiham edib. Daha sonra Hacıbaba Əzimov istiqlalçı deputatlara təqaüdlərin verilməməsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevi günahk hesab edib. ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Azərbaycan hökumətini avtoritarizmə doğru yönəlməkdənsə insan hüquqları və demokratiya sahəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb.Bu çağırışlar iyunun 11-də Konqresdə keçirilən xüsusi dinləmələrdə səslənib. “Biz Azərbaycanı regionda mühüm dost və tərəfdaş hesab edirik, bu o deməkdir ki, onun taleyinə biganə deyilik”, - deyə Komissiyanın rəhbəri senator Bencamin Kardin bildirib. KİV və toplaşma azadlığı problemi ilə yanaşı son iki ildə böyük sayda fəalın həbsi, siyasi motivli təqiblərə məruz qalması, hökmlərin oxunması qeydə alınıb. “Ölkənin ATƏT və AŞ çərçivəsində öhdəliklərinə uyğun şəkildə yaşamaq əvəzinə avtoritarizmi gücləndirməsi bizi narahat edir. Biz bu tendensiyanı dəyişmək üçün Azərbaycanla işləmək istəyirik” deyə o, qeyd edib. Helsinki Komissiyasında keçirilən dinləmələrin əhəmiyyəti ondan ibarətdir ki, Konqresin nümayəndə heyəti ATƏT Parlament Assanbleyasının sessiyasına və rəhbərliklə ikitərəfli görüşlərə daha yaxşı hazırlaşsın. Ötən il Azərbaycana səfərindən imtina edilmiş Dövlət katibinin köməkçisinin müavini Tomas Melia iki ölkə arasında dialoqda demokratiya məsələsinin vacibliyini qeyd edib. Tomas Melia əlavə edib ki, sabitliyə zəmanətin ən yaxşı yolu demokratik proseslərin və institutların möhkəmləndirilməsi, qanunun aliliyinə və əsas azadlıqlara hörmətlə yanaşılmasıdır. Melianın sözlərinə görə, Azərbaycanda vətəndaş azadlıqları ilə bağlı vəziyyət son beş ildə pisləşib və pisləşməkdə davam edir. NED təşkilatının Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy bildirib ki, Azərbaycan iyunun sonlarında ATƏT Parlament Assanbleyasının sessiyasını keçirməyə hazırlaşır. Beynəlxalq forumlarda iştirakına baxmayaraq, son on ildə Azərbaycanda azadlığın səviyyəsi xeyli aşağı enib. Ölkə yarıazad durumdan konsolidasiya edilmiş avtoritarizm yolunu tutub. İyunun 12-də Ali Məhkəmənin inzibati-iqtisadi işlər üzrə kollegiyasında sədr Kəmaləddin Bədəlovun rəhbərliyi ilə “Talışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı kassasiya şikayətinə baxılıb. Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar baxılmsı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilb. Hilal Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. İyunun 13-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri, Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə məhkəmə baxışı başlayıb. Həsən Hüseynlinin vəkili Elçin Sadıqov bildirib ki, məhkəmədə “zərərçəkən"" Arzu Qəhrəmanov və polis əməkdaşı Nazim Hacıyev ifadə verib. Arzu Qəhrəmanov ifadəsində Həsən Hüseynlinin onu vurduğunu təsdiqləyib. O bildirib ki, Həsən Hüseynli onu xarici təşkilatların sifarişi ilə vurub. Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb."
Share |
Added: 2014-06-19
Category: Həftənin İcmalı
Duration: 0:06:51
Video Description: HILAL MAMMADOV`S APPEAL TO BE REVIEWED, HELSINKI COMMISSION AZERBAIJAN IS NOT MOVING IN THE RIGHT D