generic dapoxetine priligy
GÜNÜN XƏBƏRLƏRİ 5 İYUL
Select Category:

EYNULLA FƏTULLAYEVİN AVROPA TƏƏSSÜRATLARI

 

Keçmiş siyasi məhbus Eynulla Fətullayev Avropa Şurasında keçirdiyi görüşlərlə bağlı mətbuat konfransı keçirib. Səfər Avropa Şurası rəhbərliyinin dəvətilə reallaşıb. Fətullayev səfər çərçivəsində çoxsaylı görüşlər keçirib.

O, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi Kristofer Ştrasseri şəxsi qonağı kimi Azərbaycana dəvət etdiyini, artıq rəsmi dəvət göndərdiyini nəzərə çatdırıb. Ştrasserin Bakıya səfəri zamanı siyasi məhbuslarla bağlı konfrans keçirilməsi nəzərdə tutulur.

Məruzəçinin AŞPA-nın payız sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzə ilə çıxış edəcəyi gözlənilir.

E.Fətullayev Avropa Şurasının Baş katibi Tonbiorn Yanqlanda Azərbaycana səfər etmək, rəsmi Bakı ilə dialoqa başlamaq təklifi verdiyini də deyib. O, Avropa Şurasının rəsmi Bakıya təzyiq mexanizminin olduğunu deyərək yeganə effektli yol kimi Baş katibin hakimiyyətlə dialoq qurmasını göstərib.

Bu, ölkə vətəndaşlarının elementar hüquqlarının müdafiəsinə yardımçı ola bilər. E.Fətullayev son 4 ildə Azərbaycanın beynəlxalq imicinin aşağı düşdüyünü də nəzərə çatdrıb.

AŞ Nazirlər Kabineti E.Fətullayevə çatacaq kompensasiyanın ödənməsı üçün Azərbaycanla bağlı sayca 3-cü qərarı verməyə hazırlaşır. E.Fətullayev həbsxanada ikən ona qarşı irəli sürülən narkotika ittihamı ilə bağlı işlərin Avropa məhkəməsində kommunikasiya mərhələsində olduğunu deyib.

E.Fətullayev Avropa Siyasi Məktəbində Azərbaycan jurnalistlərinin informasiyaya çıxışı barədə məruzə edib. Azərbaycan jurnalistlərinin informasiyaya çıxışının məhdudluğunu “Azərbaycanda informasiyanın özü dövlət sirridir” şəklində ifadə edib.

Azərbaycan dövlət başçısının 8 ildə bif dəfə olsun yerli jurnalistlərə müsahibə vermədiyini deyib.

Gələcək fəaliyyətilə bağlı bir sıra beynəlxalq təşkilatlarla birgə qəzet çap etməyə hazırlaşdığını deyən E.Fətullayev dünya parktikasında belə təcrübənin olduğunu xatırladıb.

 

NEMƏT PƏNAHLININ AİLƏSİ SİYASİ SIĞINACAQ İSTƏMƏK NİYYƏTİNDƏDİR

 

Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlının vəkilləri və yaxınları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində mətbuat konfransı keçiriblər.

Məhkumun qardaşı Səməd Pənahlı qeyd edib ki, iyulun 2-də Nemət Bakı İstintaq Təcridxanasının karserinə yerləşdirilib. “Hakimiyyət onu “fiziki cəhətdən məhv etmək” istəyir- partiya sədrinin qardaşı belə deyir.

O, hesab edir ki, iş ilk gündən sifarişli xarakter daşıyır. Pənahlının axtarış zamanı müsadirə olunmuş arxivləri hələ də qaytarılmayıb.

“Qardaşımın azad edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət etmişəm”, deyə Səməd Pənahlı bildirib. Lakin bundan sonra Nemət karserə salınıb, evinə isə “Paşa Sığorta” şirkətinin əməkdaşları gələrək, borcları olduğu üçün əmlakının müsadirə olunacağını bildiriblər.

“Bütün bunlar göstərir ki, Nemət Pənahlıya qarşı aparılan kampaniyanın başında İlham Əliyev durur”, deyə Səməd Pənahlı əlavə edib. Onun sözlərinə görə, Pənahlının ailəsi bütün beynəlxalq təşkilatlara müraciət etmək, habelə Türkiyə hakimiyyətindən siyasi sığınacaq istəmək niyyətindədir.

Vəkil Samir İsayev bildirib ki, Nəsimi rayon məhkəməsinin Nemət Pənahlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmündən apellyasiya şikayəti verilib.

Pənahlının karserə salınmasına gəlincə, vəkilin hələlik bunun səbəbləri barədə tam məlumatı yoxdur. Eyni zamanda, o əmindir ki, müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulub.

 

 

TÜRKİYƏLİ İŞ ADAMI “POLİT-PRESS”İ MƏHKƏMƏYƏ VERDİ

 

Bu gün (5 iyul) Nəsimi rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə türkiyəli  iş adamı Mustafa Tayatın “Polit –press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyliyə qarşı  xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçı tərəfin hüquqlarını müdafiə edən vəkil Vüsal Dadaşov,  cavabdeh   “Polit –press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyli və media nümayəndələri iştirak ediblər.

İddiaçının vəkili Vüsal Dadaşov qəzetə qarşı qaldırılan iddiaları müdafiə etdiklərini bildirib.

Cavabdeh Ədalət Nəbibəyli isə vəkillə təmin edilməsi üçün məhkəmədən vaxt istəyib.

Hakim prosesi 7 iyul saat 12:30-a təyin edib.

Qeyd edək ki, “Obyektiv tv”-nin əməkdaşları videoçəkiliş üçün hakimə müraciət etsələr də, Etibar Hümbətov  əsassız olaraq buna icazə verməyib.

Xatırladaq ki,  türkiyəli iş adamı  Mustafa Tayat  “Polit –press” qəzetinin 18-23 iyun 2011-ci il  tarixli 23 –cü sayının 1-ci və 3-cü səhifəsində gedən  “Mustafa Tayatı Bakıda hansı nazir himayə edir?” başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir edilməsini, işgüzar nüfuzuna xələl gətirən ifadələrin olmasını əsas gətirərək,  qəzetin baş redaktoru Ədalət Nəbibəylinin Cinayət Məcəlləsinin 147.1  ( Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməsini tələb edir.

 

 

Share |
Added: 2011-07-05
Category: Günün xəbərləri
Duration: 0:05:20
Video Description: GÜNÜN XƏBƏRLƏRİ 5 İYUL