generic dapoxetine priligy
''QADINLARA QARŞI ZORAKILĞA YOX''
Select Category:

“Təmiz dünya” İctimai Birliyi “Qadınlara qarşı zorakılığa yox” adlı 16 günlük aksiya çərçivəsində dəyirmi masa keçirib. Aksiya hər il noyabrın 25-də qeyd olunan Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Gününə həsr olunub.

“Təmiz dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, ən çətini zorakılığın üzə çıxarılmasıdır. Çünki bəzi qadınlar bu faktlar barədə danışmırlar, susurlar. Bu, ailəni qoruyub saxlamaq məqsədilə və ya utancaqlıq hissindən baş verir.  Ölkədə qətllərin əsas səbəbi qısqanclıq və ailə namusu məsələsidir. Ölkədə zorakılıq qurbanlarının yaşı 38-71 arasında dəyişir.

Mehriban Zeynalova bildirib ki, kampaniya çərçivəsində birinci aksiya noyabrın 26-da baş tutub və “Ağ qərənfil” adlanıb. Yoldan keçənlərə ağ güllər paylanıb və aksiyanın səbəbləri izah olunub ki, bunu da öz növbəsində maarifləndirmə tədbiri adlandırmaq olar. Daha iki dəyirmi masa keçirilməsi nəzərdə tutulur. Tədbirlərdə məişət zorakılığı qurbanları öz tarixçələrini danışacaqlar.

Bugünki tədbirə gəlincə, Mehriban Zeynalova başda olmaqla, dəyirmi masa iştirakçıları simvolik şəkildə üzlərinə zərbə izləri, qançır və sıyrıntılar çəkiblər. Bu qrim bir növ qadınlara qarşı zorakılığa etirazın ifadəsidir. Dəyirmi masa zamanı hər bir iştirakçının qarşısında üzərində zorakılıq qurbanının adı və ölüm səbəbi, harada və kim tərəfindən öldürüldüyü yazılan lövhə qoyulub.

Tədbirdə ictimai qurumların nümayəndələri, psixoloqlar, hüquqşünaslar çıxış ediblər, qadınların hüquqi və ictimai müdafiəsinin gərəkliliyindən danışıblar.

 

Share |
Added: 2011-11-29
Category: Gender bərabərliyi
Duration: 0:01:54
Video Description: ''QADINLARA QARŞI ZORAKILĞA YOX''