generic dapoxetine priligy
QADIN POLİSLƏRİN SAYININ ARTIRILMASI TƏKLİF EDİLİR
Select Category:
"Təmiz Dünya" Qadınlara Yardım ictimai birliyi Beynəlxalq Mətbuat Mərkəzində "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın ictimai vəkillik mexanizmindən istifadə" layihəsinin təqdimatını keçirib. Layihəni ABŞ-ın Counterpart İnternational təşkilatı maliyyələşdirir. Layihədə məqsəd Azərbaycanda qadınlara qarşı hər cür ayrı-seçkliyi və məişət zorakılıqlarını aradan qaldırılmasını, bütün sahələrdə onların bərabər hüquqların tanınmasınaı dəstəkləməkdir. Layihə rəhbəri Mehriban Zeynalova 2011-ci ildə məişət zorakılığı nəticəsində 40-a yaxın qadının qətlə yetirildiyini, 800-ə yaxın qadının ağır xəsarətlər aldığını deyib. Polis orqanları məişət zorakılıqlarına məruz qalan qadınların şikayətlərinə diqqətlə yanaşmamaqda ittiham edilib. Eyni zamanda qızların iradəsi əleyhinə ərə verilməsi və erkən nikahlar da məişət zorakılığı kateqoriyasına aid edilib. Bundan irəli gələrək çıxış yolu kimi qadın polislərin çoxaldılması təklifi səslənib. Bir qədər absurd görünsə də məişət zorakılığının qarşısını almaq üçün mənzillərdə "güvənlik kamerası" qoyulması təklifi də səslənib. Məişət zorakılığının qarşısının alınması haqqında qanunun işlək mexanizminin yaradılması, Ailə, Qadın vəUşaq Problemləri üzrə Dövlət komitəsi nəzdində İctimai Şura yaradılması məqbul sayılıb. Layihə çərçivəsində "bərabər iş-bərabər maaş, bərabər hüquq-bərabər imkanlar, bərabər peşə-bərabər seçim" çağırışlarının təbliği nəzərdə tutulur. Qadınlara qarşı ayrı-seçkilik, məişət zorakılıqlarına dair hesabatların BMT-yə göndərilməsi də təkliflər sırasında yer alır.
Share |
Added: 2012-04-04
Category: Gender bərabərliyi
Duration: 0:02:43
Video Description: QADIN POLİSLƏRİN SAYININ ARTIRILMASI TƏKLİF EDİLİR