generic dapoxetine priligy
ZƏRİF GƏLƏCƏK
Select Category:
Aprelin 14-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin Qadınlar şöbəsi qadınların hüquqlarına, ictimai-siyasi proseslərdə iştirakına həsr olunmuş "Zərif Gələcək" adlı tədbir keçirib. Tədbirin aparıcısı Bəyim Həsənli qadınların siyasi proseslərdə iştirakının vacibliyini önə çəkib. Komitənin Qadınlar şöbəsinin rəhbəri Kama Sergeyevna qadın problemləri ilə bağlı məruzə edib. "Xalqımızın 50,4 faizi -4 milyon 661,7 min nəfəri qadınlardır. Bu, yarıdan çox deməkdir. Gender bərabərliyinə görə Azərbaycan 135 ölkə arasında 91-ci yerdədir. Qanunvericilər, rəsmi vəzifəlilər arasında qadınlar azdır. Azərbaycan 117-ci yerdədir. Dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 16 faizdir. Qadınların ibtidai təhsilə çıxış imkanlarına görə isə Azərbaycan 101-ci yerdədir-deyə komitə sədri Dünya Iqtisadi Forumunun 2011-ci il hesabatında yer alan faktlara toxunub. Ölkədə qadınlarla bağlı üç əsas problem var-qadınların hakimiyyətdə, dövlət strukturlarında təmsilçiliyinin çətinliyi, ictimai nüfuz və mülkiyyətə sahibliyin zəifliyi. Qadınların siyasi sosiallaşması üçün dövlət proqramı yoxdur. Müsavat başqanının müşaviri Yeganə Hacıyevanın fikrincə, azad qadın olmayan ölkədə inkişaf da olmayacaq. Regional Qadın Təşəbbüsləri Ictimai Birliyinin sədri Mehriban Əliyeva regionlarda qadınların durumunun daha ağır olduğunu deyib, problemin həlli yollarına toxunub. Sonra ölkə qadınlarına çağırış səslənib: "Biz AXCP Gənclər Komitəsi olaraq Azərbaycan qadınını öz övladının xoşbəxt gələcəyinə və ailəsinin möhkəm təməl üzərində qurulmasına dəstək verməyə çağırırq. Biz Azərbaycan qadınını öz taleyinə biganə qalmamağa, laqeyd olmamağa çağırırıq. Biz Azərbaycan qadınını istismar edilən əməyinin, qiymətləndirilməyən zəhmətinin hesabını sormağa çağırırıq. Bu gün dünyanın harasında demokratiya, azadlıq, hüquq, sosial bərabərlik varsa, bu, kişilərlə bərabər qadınların da mübarizə aparması nəticəsində mümkün olub. Biz inanırıq ki, Azərbaycan qadınları bizim haqlı çağırışımızı düzgün qiymətləndirəcək, sabahına biganə qalmayacaq".
Share |
Added: 2012-04-16
Category: Gender bərabərliyi
Duration: 0:02:24
Video Description: ZƏRİF GƏLƏCƏK