generic dapoxetine priligy
AZƏRBAYCANDA İNTERNETDƏ GENDER BƏRABƏRLİYİ KİŞİLƏRİN XEYRİNƏ POZULUR
Select Category:
Bu gün Bakıda “Avropa” otelində beynəlxalq İREX və İMS təşkilatlarının dəstəyi ilə Beynəlxalq “İKT-də qızlar” Gününə həsr edilmiş konfrans keçirilib. Konfransda Azərbaycanın müxtəlif bölgələrindən məktəbli qızlar, habelə yerli və beynəlxalq təşkilatların, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak ediblər. Konfransda İMS-in layihə rəhbəri Gülnarə Axundova və RATİ sədri Emin Hüseynov İMS-in dəstəyi ilə bu ilin əvvəlindən fəaliyyətə başlamış Gənclərin Media Mərkəzi haqqında məlumat veriblər. Onlar tədbirdə iştirak edən gənc qızları “Gənclərin Media Mərkəzində” keçirilən proqramlarda iştiraka dəvət ediblər. İREX-in Azərbaycanda layihə rəhbəri Anajela Nikoara bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafına yardım qadınların informasiya texnologiyaları ilə tanışlığı və İnternetdən istifadəsi üçün geniş imkanlar yaradılması baxımından əsas prioritetlərdən biridir. Azərbaycanda qadınların İnternet istifadəçisi olması hələ də normaya çevrilməyib, onlar bu mövqedə Rusiya və Ukraynadakı qadınlardan xeyli geri qalırlar, -deyə koordinator Günel Həsənova qeyd edib. Bu ölkələrdə İnternet istifadəçilərinin və İKT iştirakçılarının 60-70%-i demək olar ki, bütün yaş qruplarından olan qadınlardır. 2010-cu ilin göstəricilərinə görə, Azərbaycanda gender bərabərliyi kişilərin xeyrinə pozulub, onlar 66,8%-lə üstünlük təşkil edir. Həm də müşahidələr göstərir ki, İnternet istifadəçisi olan qadınlar arasında əsasən 15-30 yaş qrupu üstünlük təşkil edir. Beynəlxalq “İKT-də qızlar” Günü 8 aprel 2011-ci ildə Beynəlxalq Elektrorabitə İttifaqı (BEİ) tərəfindən təsis edilib və hər il aprel ayının dördüncü cümə axşamı günü keçirilir. Bu gün qızların maraqlarını və güclü tərəflərini layiqincə qiymətləndirmək və onları informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələr seçməyə stimullaşdırmaq məqsədilə təsis edilib. İREX bütün diqqətini qadının cəmiyyətdə rolu ilə bağlı ortodoksal stereotiplərin daha güclü, İKT imkanlarının daha məhdud olduğu bölgələrə cəmləyib. 19 bölgədə qızların İKT sahəsində maarifləndirilməsi üzrə İctimai İnformasiya Mərkəzləri (İİM) açılıb. Məsələn, bir ildə Sumqayıt şəhərində bu mərkəzlərdə 11 minə yaxın qadın, İmişli rayonunda isə 5 minə qadın İKT üzrə təhsil alıb. Məktəbli qızların bəziləri konfransda ətraf mühit mövzusunda maraqlı sosial əhəmiyyətli videokliplərini təqdim ediblər. Amma onlar da virtual informasiya dünyasını tanımağa mane olan problemləri səsləndiriblər. Məsələn, Lənkəran şəhərində 700 şagirdin təhsil aldığı 9 saylı məktəbdə cəmi 15 köhnə kompüter var. Bərdə rayonunun Soğanverdi kəndində isə yeni məktəbdə 30 kompüterin yerləşdirildiyi sinif ümumiyyətlə bağlıdır. RİTN nümayəndəsi Novruz Məmmədov İnternetə çıxış və onun sürəti ilə bağlı problemlər olduğunu etiraf edib, lakin rabitə naziri Əli Abbasovun 2015-ci ilə qədər demək olar ki, bütün yaşayış məntəqələrində İnternetə çıxış olacağı, keyfiyyətin isə xeyli yaxşılaşdırılacağı barədə son bəyanatını xatırladıb.
Share |
Added: 2012-04-26
Category: Gender bərabərliyi
Duration: 0:03:51
Video Description: AZƏRBAYCANDA İNTERNETDƏ GENDER BƏRABƏRLİYİ KİŞİLƏRİN XEYRİNƏ POZULUR