generic dapoxetine priligy
"FEMİNİST QADINLAR HƏRƏKATI" TƏSİS EDİLDİ
Select Category:
“Feminist Qadınlar Hərəkatı” ictimai bilriyinin rəhbərliyi qurumun təsis olunması ilə bağıı cümə günü Beynəlxlaq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. Hərəkatın həmtəisiçisi Sevinc Məmmədova qurumun yaranmasına səbəb kimi ölkədə qadınların bir çox problemlərinin olmasını göstərib. Cəmiyyət idarəçiliyində qadın kişi bərabərliyinin ikincilərin xeyrinə olduğunu deyib. Hələ də ailələrdə qadınlara qarşı məişət zorakılığının qaldığını, amma bu cinayətdən qadınları qoruyacaq etibarlı hüquqi təminat olmaması nəzərə çatdırılıb. Hərəkatın yaranmasına digər bir səbəb kimi isə qadınların üzləşdikləri problemləri həll etmək üçün bütün ölkəni əhatə edən bir təşkilat olmaması vurğulanıb. Digər həmtəsisçi Asima Nəsirli qadınların güc sturkturlarında, qanunvericilik və məhkəmə hakimiyyətlərində kişilərlə müqayisədə qeyri-bərabər durumda olduqlarına diqqət çəkib. Ölkənin bəzi regionlarında isə hətta qadınlarla bağlı dövlət qurumlarında kişilərin çalışdığı bildirilib. Polis, prokurorluq orqanlarında, sərhəd, gömrük, vergi xidməti sistemində qadınların olmamasını Asima Nəsirli qadınların hüquqlarının kobud şəkildə tapdanması kimi dəyərləndirib. Hərəkat rəhbərləri hakimiyyətin ayrı-ayrı qolları, beynəlxalq qurumlar və yerli QHT-lərlə bigə layihələr icra etməklə bu problemləri aradan qaldıracaqlarına ümid etdiklərini deyiblər.
Share |
Added: 2012-05-11
Category: Gender bərabərliyi
Duration: 0:02:04
Video Description: "FEMİNİST QADINLAR HƏRƏKATI" TƏSİS EDİLDİ