generic dapoxetine priligy
QADIN POLİSLƏR ZORAKILIĞI ÖNLƏYƏCƏKMİ
Select Category:
"Təmiz Dünya" ictimai birliyi qadınların polis orqanlarında çalışmalarını dəyərləndirən "Streotipləri qıraq! Qadın polislərlə bağlı miflər" sorğu-tədqiqatının təqdimatını keçirib. Birliyin rəhbəri Mehriban Zeynalova qadın polis mövzusunun aktuallaşmasına səbəb kimi cəmiyyətdə qadınlara qarşı məişət zorakılığının davam etməsini göstərib. Polis orqanlarında çalışan qadınların sayının artmasının məişət zorakılığının qarşısını ala biləcək amil kimi dəyərləndirilib. İndiki halda isə qadlnlar məişət zorakılıqlarına məruz qalaraq polisə müraciət etdikdə kişi polislər bu şikayərtləri ciddiyə almırlar. Bundan irəli gələrək qadının polisdə çalışmasına münasibətlə bağlı sorğu keçirilib. Sorğuya 300 nəfər cəlb olunub. Onların 150-si şəhər sakinləri, 150-si kənd sakinləri olub. Respondentlərin yarısı qadınlar, yarısı isə kişilərdir. Cavablarda qadınların polisdə çalışmasına münasibət birmənalı olaraq mənfi və ya müsbət deyil. Qadınların məşğulluğu baxımından müsbət sayılsa da qadının kişi kollektivi olan polis orqanlarında çalışması mənfi dəyərləndirilib. Qadın zorakılığına qarşı mübarizədə qadın polislərin rolunun pozitiv olacağı fikri müsbət qarşılanıb. Odur ki, məişət zorakılığına, insan alverinə qarşı mübarizə aparan qurumlarda qadınlardan ibarət polis qrupunun formalaşdırlması daha məqsədəuyğun sayılıb.
Share |
Added: 2012-05-15
Category: Gender bərabərliyi
Duration: 0:01:38
Video Description: QADIN POLİSLƏR ZORAKILIĞI ÖNLƏYƏCƏKMİ