generic dapoxetine priligy
GƏNCLƏR ŞAUMYANIN ŞƏKLİNİ YANDIRDILAR
Select Category:
Milli Fikir Mərkəzinin üzvləri 28 May Cümhuriyyəti günü ilə əlaqədar Sahil Bağında gəzinti təşkil edib. Gənclər sinələrinə 1937-ci il repressiya qurbanlarının şəkillərini, ayaqlarının altına isə 26 bakı komissarlarının şəkillərini vurmuşdular. Ərazidə olan polis əməkdaşları aksiyanın məqsədi ilə bağlı təşkilatçıları sorğu-sual etsələr də, aksiyanın keçirilməsinə icazə verdilər. Aksiya iştirakçıları 26 Bakı komissarlarından olan Şaumyanın şəklini yandırmaqla Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə əl uzadanların aqibətinin belə olacağını çatdırmaq istədilər. Təşkilatçılar bildirdilər ki, əvvəllər 26 Bakı komissarlarının adını daşıyan indiki Sahil Bağının repressiya qurbanlarının birinin adına verilməsini aidiyyatı qurumlara təklif edirlər.
Share |
Added: 2012-05-28
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:02:24
Video Description: GƏNCLƏR ŞAUMYANIN ŞƏKLİNİ YANDIRDILAR