generic dapoxetine priligy
İNSAN ALVERİ QURBANINA ÇEVRİLMƏYİN ƏSAS AMİLİ ZƏİF SOSİAL DURUMDUR
Select Category:
"Təmiz Dünya" ictimai birliyi Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda insan alverinə qarşı mübarizə təcrübəsinin öyrənilməsi" mövzusunda dəyirmi masa keçirib. Birliyin rəhbəri Mehriban Zeynalova tədbirin insan alverinə qarşı mübarizə layihəsi çərçivəsində hazırlandığını deyib. Azərbaycana gələn miqrantların insan alverinin qurbanı olmamaları üçün buklet hazırlandığı bildirilib. Türk, rus, fars, çin və ingilis dillərində nəşr edilən bukletlərdə insan alverinin qurbanı olmamaq üçün tövsiyyələr verilib, belə hal baş verdikdə ilkin olaraq hara müraciət etməyin gərək olduğu qeyd edilib. İnsan alverinə qarşı mübarizə idarəsinin əməkdaşı Fuad Əliyev hazırda insan alveri qurbanları sığınacağında 69 nəfərin saxlandığını deyib. Bu cinayətlərə görə 20 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu söyləyib. Sığınacağın rəhbəri Kəmalə Ağayeva 2011-ci ildə 18 alver qurbanı faktı aşkarlandığını, bu qurbanların 7-sinin Gəncədən olduğunu bildirib. Bu il isə belə faktların daha çox Sumqayıtla bağlı olduğu qeyd edilib. Gəncədən internet vasitəsilə tədbirə qatılan "Təmas" regional ictimai birliyinin rəhbəri Südabə Məmmədova insan alverinin qurbanına çevrilmək üçün çox amillər olduğunu deyib. Bu sırada vətəndaşların maddi durumunun zəifliyinin əsas olduğu göstərilib. Çox zaman insanlar işbazların varlanmaqla bağlı yalançı vədlərinin qurbanı olurlar. Tədbirdə qadınların daha çox məişət zorakılığına məruz qalmasından danışılıb. Boşanan qadınlara münasibətin normal olmadığı deyilib. Boşanmaların artması narahatlıq yaradır. Qeyri-rəsmi nikahları artır. O üzdən ölkənin bir sıra rayonlarında insan alveri qurbanları üçün Bakıdakı kimi sığınacaq mərkəzləri tikilməsinin gərəkliyi qeyd edilib. İnsan alverinə qarşı mübarizədə uğur qazanılması üçün güc strukturları, yerli hakimiyyət və vətəndaş cəmiyyəti institutlarının əlaqələndirilmiş fəaliyyətinə ehtiyac olması xüsusi vurğulanıb. Gələcəkdə Qazax, Zaqatala, Balakən rayonlarında insan alverinin durumu ilə bağlı dinləmələr keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Share |
Added: 2012-05-29
Category: Gender bərabərliyi
Duration: 0:03:22
Video Description: İNSAN ALVERİ QURBANINA ÇEVRİLMƏYİN ƏSAS AMİLİ ZƏİF SOSİAL DURUMDUR