generic dapoxetine priligy
QADIN SÜRÜCÜLƏRƏ YAŞIL İŞIQ
Select Category:
Bu gün dünyada qadın sürücülərin sayı sürətlə artmaqdadır. Bu hal Azərbycandan da yan keçməyib. Baxmayaraq ki, qadın sürücülərə münasibət hələ də bir mənalı deyil. Odur ki, qadın sürücülərdən ətrafdakıların, xüsusilə kişi sürücülərin onlara münasibətini öyrənməyə çalışdıq. Xanımların çoxunun sanki kamera fobiyası olduğundan suallarımızdan yayındılar. Qadınlar əsasən kiçik həcmli avtomobillərə üstünlük versələr də, iri maşın həvəskarı olanlar da az deyil. Bir çoxları, xüsusən də kişi sürücüləri hesab edirlər ki, qadınlar avtobobili normal idarə edə bilmirlər və daha çox qayda pozuntusuna yol verirlər. Qadın sürücülərlə hər gün rastlaşan dayanacaq gözətçisi isə bunun əksini düşünür. Məsələyə ən dəqiq qiyməti Yol Polisləri verməli olsalar da, onlar müsahibə vermək istəmədilər. Sürücü olmayan bu xanımın da qadınların avtomobil idarə etməsinə münasibəti müsbətdir. Onu da deyək ki, İngiltərənin Oneppol.com saytının araşdırmalarına görə qadınlar sürərkən yol verdikləri ən böyük səhvlər bunlardır: diqqətsizlik, əyləcdən daha gec istifadə, avtomobili anidən sürətləndirmək, əyləci daha bərk basmaq, dönmə işiğından istifadə etməmək və s. Əziz xanımlar, maşınınızdan, ən əsası özünüzdən müğayət olun .
Share |
Added: 2012-06-07
Category: Gender bərabərliyi
Duration: 0:03:45
Video Description: QADIN SÜRÜCÜLƏRƏ YAŞIL İŞIQ