generic dapoxetine priligy
QADINLARA QARŞI MƏİŞƏT ZORAKILIĞI İLBƏİL ARTIR
Select Category:
"Təmiz Dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova "RİA-Novosti" agentliyində qadınlara qarşı məişət zorakılığına dair mətbuat konfransı keçirib. Birlik sədri Azərbaycanda məişət zəminində qadınlara qarşı zorakılıq hallarının ilbəil artdığını deyib. Amma buna baxmayaraq qadınların polis orqanlarına müraciətinin o qədər də çox olmaması bildirilib. Buna səbəb kimi milli mentalitetlə bağlı xüsusiyyətlər, polis qadınların sayının azlığı, kişi polislərə etibarın az olması göstərilib. Məişətdə qadın ölümlərinin, şikəst olmaların, bunun nəticəsi olaraq intiharların artdığı da nəzərə çatdırılıb. Məişət zorakılığı zəminində 2010-cu ildə 109 qadın qətl edilibsə, 2011-ci ildə bu rəqəm 135 nəfər olub. Bundan əlavə 2010-cu ildə 65 qadın ölümə cəhd edib. Məişət zorakılığı zəminində 2010-cu ildə üst-üstə 324 akt qeydə alınıb ki, bunun 221-i ölüm, 103-ü isə ölümə cəhddir. 18-25 yaş arasında ölüm faktı 25 nəfər, 26-40 yaşları arasında isə 61 nəfər olub. Qətlin motivlərinə gəlincə 41 nəfər namus üstə, 31 nəfər qısqanclıq zəminində qətlə yetirilib. 34 qadını əri, 18 qadını keçmiş əri, qalanları isə qohumluq münasibəti olan kişilər öldürüblər. Belə qətl faktları ən çox Bakıda -63 nəfər, Sumqayıtda -14 nəfər, Gəncədə-5 nəfər, Şəmkirdə -4 nəfər, Astarada -3 nəfər qeydə alınıb. İntihar hallarına gəlincə, 2010-cu ildə 128 qadın intihar, daha 52 qadın isə intihara cəhd edibsə, 2011-ci ildə isə 205 qadın intihar edib, daha 95 qadın intihara cəhd göstərib. İntihar və intihara cəhd edənlərin arasında 18-25, 25-40, 40-60 yaş kateqoriyasına daxil olanlar üstünlük təşkil edir. Qadınların intihar səbəblərinə gəlincə Mehriban Zeynalova bunun əksəriyyətini məişət zorakılığına etiraz aktı kimi dəyərləndirib. Bundan əlavə zorla ərə vermələr də intihar məsələsində önəmli yer tutur. Mətbuat konfransında daha bir maraqlı məsələyə toxunulub. Artıq kişilərin çoxunun aliment verməmək, qadını öz mal-mülkünə şərik etməmək üçün rəsmi nikahdan qaçdığı xüsusi vurğulanıb. Hətta bir çoxlarının dünyaya gətirdiyi uşaqlara belə atalıqdan imtina etdikləri qeyd olunub. Birlik rəhbəri məhkəmə vasitəsilə 6 belə faktı həll etdiklərini nəzərə çatdırıb.
Share |
Added: 2012-09-07
Category: Gender bərabərliyi
Duration: 0:03:06
Tags:
Video Description: QADINLARA QARŞI MƏİŞƏT ZORAKILIĞI İLBƏİL ARTIR