generic dapoxetine priligy
STATİSTİKA QADIN ZORAKILIĞININ İLBƏİL ARTDIĞINI QEYDƏ ALIR
Select Category:
“Təmiz Dünya” ictimai birliyi “Qadınlara qarşı gender əsaslı zorakılıq və Azərbaycan” mövzusunda dəyirmi masa keçirib. Birliyin sədri Mehriban Zeynalova rəsmi mənbələrə istinadən 2011-ci ildə ölkədə məişət zorakılığı zəminində 1782 cinayət hadisəsinin qeydə alındığını deyib. Cinayətlərin 74%-i döymə, 20,5%-i qəsdən sağlamlığa az ağır və yüngül xəsarət yetirmə, 1,7%-i adam öldürmə ilə bağlıdır. Cinayətlərin 10%-i əvvəl cinayət törətmiş şəxslər tərəfindən, 10%-i sərxoşluq halında törədilib. 2012-ci ilin ötən müddəti ərzində qeydə alınan 773 cinayət hadisəsindən 790 qadın zərər çəkib. İctimai birlik məişət zorakılığı əsasında 2005-ci ildə 15, 2010-cu ildə 109, 2011-ci ildə 135, 2012-ci ilin ötən müddəti ərzində 38 qadının qətlə yetirildiyini bildirir. Tədbirdə “Məişət zorakılığı” haqqında qanun qəbul olunsa da onun işləməsi üçün mexanizmlərin olmadığı nəzərə çatdırılıb. Məişət zorakılığını minimuma endirə bilmək üçün bu zorakılığa qarşı qanunun işləmə mexanizmlərinin hazırlanması təklif edilib. Qadınları məişət zorakılığından müdafiə edəcək sığınacaqların hazırlanmamasına diqqət çəkilib. Digər tərəfdən məişət zorakılığı hallarının artmasına baxmayaraq cəmiyyətin bu zorakılığa fəal etirazının olmadığı vurğulanıb. Qadınlara qarşı məişət zorakılığını artmasına daha bir səbəb kimi qadın polislərin azlığı göstərilib, qadın polislərin sayının artırılması təklifi səsləndirilib. Ağırlaşan sosial durumun da məişət zorakılığına təkan verdiyi qeyd edilib. Çox zaman ailə başçısının hansısa problemi həll edə bilmədiyinə görə ailə üzvlərindən, ən çox da xanımlarından acıq çıxmaları vurğulanıb. Qadınların hakimiyyətdə az sayda təmsil olunmaları ayrı-seçkiliyin, gender bərabərliyi prinsipinin pozulmasının göstəricisi kimi dəyərləndirilib.
Share |
Added: 2012-11-26
Category: Gender bərabərliyi
Duration: 0:02:06
Tags:
Video Description: STATİSTİKA QADIN ZORAKILIĞININ İLBƏİL ARTDIĞINI QEYDƏ ALIR