generic dapoxetine priligy
HƏR YEDDİ QADINDAN BİRİ ZORAKILIĞA MƏRUZ QALIR
Select Category:
"Hilton" oteldə " Məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimatı keçirilib. Layihə Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, BMT-nin Əhali Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının yardımı ilə gerçəkləşir. İkiillik pilot layihənin gedişində Xaçmazda orada fəaliyyət göstərən sığınacağın bazasında Dəstək Mərkəzinin yaradılması planlaşdırılır. Konfederasiyanın baş katibi Kamal Cəfərovun sözlərinə görə, Azərbaycanda hər yeddi qadından biri məişət zorakılığına məruz qalır. Sözügedən layihə çərçivəsində treyninqlər, maarifləndirici tədbirlər həyata keçiriləcək. Məişət zorakılığına məruz qalmış 30 qadın Dəstək Mərkəzində yerləşdiriləcək. Onlar peşə və biznes imkanlarının inkişafı üzrə treninqlər keçəcək. Sonradan onlara kiçik qarantlar veriləcək ki, bunun sayəsində maliyyə müstəqilliyi əldə etsinlər. Ümumilikdə, layihə 2 min qadını əhatə edəcək. Onların arasında qadınların hüquqları ilə bağlı maarifləndirmə işləri aparılacaq. Qadınların 1%-i məişət zorakılığı ilə bağlı yardıma görə dövlət orqanlarına müraciət edir. Lakin bu yardım effektiv deyil. Həmin xidmətlərin əməkdaşları üçün ixtisas artırmaq məqsədilə treyninqlər keçiriləcək. Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının rəhbəri, deputat Əli Hüseynli, deputat Rəbiyət Aslanova, Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Rolan Kobia, həmçinin BMT İnkişaf Proqramının rezident-koordinatoru Antonius Broek iştirak edib. Məişət zorakılığına qarşı mübarizənin vacibliyi, məişət zorakılığının bütün dünyada olması, hətta qanunların olduğu halda mübarizənin effektiv olmaması, prosesə ictimaiyyətin cəlb edilməsinin vacibliyi barədə fikirlər səslənib.
Share |
Added: 2013-02-21
Category: Gender bərabərliyi
Duration: 0:02:06
Tags:
Video Description: HƏR YEDDİ QADINDAN BİRİ ZORAKILIĞA MƏRUZ QALIR