generic dapoxetine priligy
AİLƏ ZORAKILIĞI ADİ HALA ÇEVRİLİR
Select Category:
Bu gün Qadın Krizis Mərkəzinin təşkilatçılığı ilə “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycanda ailə zorakılığı faktlarının artması, erkən nikah probleminin durumu və yeni ailə qurmuş gənclərin ən çox rast gəldiyi mənəvi-psixoloji problemlər» mövzusunda mətbuat konfransı keçirilib. Mərkəzin rəhbəri Mətanət Əzizova onlara ailə zorakılığına məruz qalan qadınların daha çox müraciət etdiklərini deyib. Onun sözlərinə görə ailədə qadınların döyülməsi get-gedə adi hala çevrilir. Artıq qadınların, uşaqların zorakılıqla üzləşməsinin yox, işgəncəyə məruz qalmasının, hətta öldürülməsinin qarşısının alınmasından söhbət gedir. Bu gün arvadını döyən kişi bilir ki, onun əməli cinayət deyil, inzibati cəza alacaq. Psixoloq-həkim Azad İsazadə ölkədə qadın hüquqlarının qorunmasına çalışan qurumların olmadığını deyib. Erkən nikahın yaratdığı problemlər, gənc ailələrin evliliyin ilk çağlarında yaşadıqları mənəvi-psixoloji gərginliyin aradan qaldırılması yolları araşdırılıb. Vətəndaş cəmiyyətinin üzvləri qadın hüquqlarının qorunması üçün qanunvericiliyə ayrıca maddə əlavə olunmasını təklif ediblər.
Share |
Added: 2013-03-19
Category: Gender bərabərliyi
Duration: 0:03:12
Tags:
Video Description: AİLƏ ZORAKILIĞI ADİ HALA ÇEVRİLİR