generic dapoxetine priligy
RESPUBLİKA GÜNÜNDƏ NOVXANIDA AKSİYA KEÇİRİLİB
Select Category:
Demokratik qüvvələr Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi münasibətilə Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçirib. Aksiya iştirakçıları "Bir kərə yüksələn bayraq bir daha enməz", "Azərbaycan, Azərbaycan", "Milli Şura elan olunsun", "İstefa" şüarları səsləndiriblər. Mitinqin aparıcısı İbrahim İbrahimli demokratik Azərbaycan ideyası ətrafında birləşən minlərlə insanın Respublika gününü Məmmədəmin Rəsulzadənin heykəli qarşısına toplaşmasını milli birlik nümunəsi adlandırıb. Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu cəmi 18 ay sürən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik idarəçilik prinsiplərindən söz açıb. Müsavat Partiyasının lideri İsa Qəmbər bildirib ki, AXC-nin əsas nailiyyəti 1918-ci ildə Azərbaycan dövlətçiliyinin formalaşması olub. Bu, SSRİ-nin tərkibində dövlətin formal institutlarının saxlanmasına, onun süqutunda isə müstəqilliyin elan olunmasına imkan verib. O, hakimiyyətin AXC xadimlərinin fəaliyyətinin unutdurulması ilə bağlı cəhdlərini qeyd edib. Belə ki, hər yerdə Heydər Əliyevə abidə qoyulur, amma heç bir yerdə Rəsulzadə və Elçibəyin abidəsi yoxdur. O əmin olduğunu bildirib ki, demokratik qüvvələr hakimiyyətin dinc yolla dəyişdirilməsinə nail olacaq və Əliyev rejimini tarixin arxivinə göndərəcək. "El" Hərəkatının lideri Eldar Namazov yaxın saatlarda Milli Şuranın elan olunacağını bildirib. 1992-ci ildə Xalq Cəbhəsi hökumətində Daxili İşlər Naziri olmuş İsgəndər Həmidov müxalifəti radikallaşmağa çağırıb. Onun fikrincə, indiki rejim öz xoşu ilə getməyəcək. O, hakimiyyəti "şərəfsizə "Şərəf" ordeni, hörmətsizə "Şöhrət" ordeni" verməkdə, xalqın sərvətinin talanmasında, yoxsulların evinin olmadığı bir vaxtda dəbdəbəli villaların tikilməsində ittiham edib. AXCP lideri Əli Kərimli diqqəti Milli Şuranın formalaşdırılmasına yönəldib. O qeyd edib ki, Milli Şura öz sıralarında ictimai-siyasi qüvvələrin geniş spektrini birləşdirəcək. Milli Şuraya ictimai-siyasi qüvvələrin nümayəndələri daxil olacaqlar ki, onlar birlikdə demokratik seçkilər uğrunda hərəkata rəhbərlik edəcəklər. Mitinqdə Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Cümhuriyyət dövrünün araşdırmaçısı Teyyub Qurban, Xalq partiyasının sədri Pənah Hüseyn, AXCP Gənclər Komitəsinin üzvü İlham Hüseyn və başqaları çıxış ediblər. Çıxışlarda Milli Şura ətrafında sıx birliyə çağırışlar səslənib.
Share |
Added: 2013-05-29
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:06:24
Tags:
Video Description: RESPUBLİKA GÜNÜNDƏ NOVXANIDA AKSİYA KEÇİRİLİB