generic dapoxetine priligy
ŞƏMKİR SAKİNLƏRİ MELİORASİYA İDARƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Select Category:
Şəmkir rayonunun Seyfəli və Nərimanlı kənd sakinləri aldadılmaları ilə bağlı RATİ-də mətbuat konfransı keçiriblər. Aldadılmış vətəndaşların vəkili, “Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri Tağı Hüseynov məsələnin mahiyyətinə aydınlıq gətirib. 2009-cu ildə “Meliorasiya və Su təsərrüfatı” ASC-in Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyəti bu kəndlərin bir qrup sakininin torpağını dövlət ehtiyacları adı ilə vətəndaşlardan alıb. Sakinlərə burada “Şəmkir su anbarı”nın” tikiləcəyini söyləyiblər. Sakinlərin sözlərinə görə, söhbət bu adla alınan 200 ha torpaqdan gedir. Vəkil burada torpağın alınması sözünün belə yerinə düşmədiyini deyib. Adi çəkilən qurumun rəhbəri Ramiz Vəkilovun müavini Rafael Məmmədov, “Azərdövlətsulayihə” institutunun əməkdaşları Nəbi İsmayılov və Fazil Hüseynov sakinlərə kompensasiyaların bazar qiymətlərilə veriləcəyini deyib. Sakinlərə hansısa sənədlərə qol çəkdiriblər. Amma həmin sənədlərdə veriləcək kompensasiyanın məbləği göstərilməyib. Yalnız 2010-cu ilin yayında bankdan pullarını alan sakinlər ciddi şəkildə aldadıldıqlarını başa düşüblər. Belə ki, torpağın hər sotuna görə sakinlərə 50 manat verilib. Meyvə ağaclarına gəlincə, 5 yaşa qədər olan meyvə ağaclarına görə 1 manat, 5 yaşdan yuxarı meyvə ağaclarına görə 5 manat ödənib. Halbuki, sakinlər Şəmkirdə torpağın 1 sotunun 1000-1300 manatdan az olmadığını deyirlər. Bar gətirən hər bir qoz ağacı sahibinə ildə 450 manatdan çox gəlir verir. Beləcə, aldadıldıqlarını başa düşən sakinlər haqları uğrunda mübarizəyə başlayıblar. Vəkil bu məsələdə su təsərrüfatını günahkar sayıb. Çünki, birlik başçıları vətəndaşın hüququnu bilməməsindən istifadə edərək onu aldadıb. İnsanın hüququnu bilməməsi, hansısa sənədlərə qol çəkməsi belə qarşı tərəfi məsuliyyətdən azad etmir. Hadisə ilə bağlı sakinlər dövlət başçısına müraciət ediblər. Müraciətə imza atanlar rayon icra hakimiyyətinə qəbula çağırılıblar. Qəbul zamanı sakinlər şikayətlərinin icra hakimiyyətindən yox, meliorasiya idarəsindən olduğunu deyiblər. O zaman sakinlərə öncə “icra hakimiyyətindən şikayətim yoxdur”, daha sonra isə “ümumiyyətlə şikayətim yoxdur” məzmunlu ərizə imzalatdırıblar. Şəmkir sakinləri isə istər torpağa, istər meyvə ağaclarına görə verilən kompensasiyadan narazıdırlar. Onlar məsələni həll etmək üçün 1 saylı Bakı İqtisadi-İnzibati məhkəməsinə müraciət ediblər. Məhkəmə iyunun 20-nə təyin edilib.
Share |
Added: 2013-06-04
Category: Mülkiyyət hüququ
Duration: 0:02:53
Tags:
Video Description: ŞƏMKİR SAKİNLƏRİ MELİORASİYA İDARƏSİNDƏN ŞİKAYƏTÇİDİR