generic dapoxetine priligy
XANIMLAR NƏQLİYYAT NAZİRLİYİNİN SÖZÇÜSÜNƏ BAYRAM "HƏDİYYƏSİ" GÖNDƏRİBLƏR
Select Category:
Nəqliyyat nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun qadınlara münasibətdə ayrı-seçkiliyinə cavab olaraq bir qrup xanım mətbuat konfransı keçirib. Qadınların təmsilçisi, Bolqarıstandakı Qadın Insan Haqları institutunun məzunu Ülviyyə Məmmədova deyib ki, Namiq Həsənov qadınları 8 mart Qadınlar bayramı günü ərəfəsində verdiyi müsahibədə təhqir edib. Belə ki, xanımlar nazirlik rəsmisinin bu müsahibədə "qadın ən gözəl mətbəxdə görünür" ifadəsini təhqir kimi qəbul ediblər. O zaman bir qrup xanım sosial şəbəkə vasitəsilə buna etiraz edib, Namiq Həsənov qadınlardan üzr istəməyib. Namiq Həsənovun söylədiyi fikrə cavabın 3 ay yubanmasını Ülviyyə Məmmədova "kişilər günü" sayılan Milli Ordu gününü gözləmələrilə əlaqələndirib. Belə ki, mətbuat xidmətinin rəhbəri qadınları 8 mart ərəfəsində təhqir etdiyi üçün xanımlar da cavabı 26 iyun "kişilər günü" ərəfəsində verməyi qərara alıblar. Xanımlar bu gün Namiq Həsənovun yaşadığı ünvanına "rezin qadın" gəlinciyi göndəriblər. "Biz onu başa salmaq istəyirik ki, qadın məişət texnikası, dayə, qulluqçu, aşbaz deyil, onunla bərabər hüquqa malik insandır və qadın hüquqlarına hörmət etmək gərəkdir"-deyə Ülviyyə Məmmədova qeyd edib. O, təhqirə cavab olaraq birləşən 60 qadının bundan sonrakı addımlarının N.Həsənovun davranışına adekvat olacağını söyləyib. Ülviyyə Məmmədova Azərbaycan xanımının ictimai-siyasi həyatdakı zəif mövqeyinə də etiraz edib. Ölkə rəhbərliyi, yüksək vəzifəlilər sırasında, parlament, bələdiyyə və məhkəmə sistemində xanımların az yer tutması, icra hakimiyyəti başçıları arasında bir qadının belə olmaması nəzərə çatdırılıb.
Share |
Added: 2013-06-20
Category: Gender bərabərliyi
Duration: 0:02:37
Tags:
Video Description: XANIMLAR NƏQLİYYAT NAZİRLİYİNİN SÖZÇÜSÜNƏ BAYRAM "HƏDİYYƏSİ" GÖNDƏRİBLƏR