generic dapoxetine priligy
ALDADILMIŞ ƏMANƏTÇİLƏRİN PULLARI QAYTARILMAYIB
Select Category:
KEÇMİŞ İŞ ADAMININ MÜLKİYYƏT HÜQUQU UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR
0:03:26
HÜSEYNOVLAR SONADƏK MÜBARİZƏ APARACAQLAR
0:03:28
QARABAĞ ƏLİLİ İ RƏSULOV: QAZİLƏR ÜÇÜN TİKİLƏN MƏNZİLLƏR SATILIR
0:02:28
V.TARBAYEVA: HÜQUQLARIMI TAM BƏRPA EDƏCƏYƏM
0:02:08
HAKİMİYYƏT METRODA TİCARƏT EDƏNLƏRİ SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞIR
0:01:08
SAHİL TİCARƏT MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERİB
0:02:52
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARI KÜTLƏVİ ŞƏKİLDƏ POZULUR
0:04:20
SOVET KÜÇƏSİNİN SAKİNLƏRİ HAKİMİYYƏTƏ BİR HƏFTƏ VAXT VERDİ
0:04:09
BİNƏQƏDİ İCRA HAKİMİYYƏTİNİN QARŞISINDA AKSİYA
0:05:11
SAKİNLƏR
0:02:26
TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞIN NƏ MƏNZİLİNİ, NƏ DƏ PULUNU QAYTARIR
0:03:22
İCTİMAİ BİRLİK AĞ ŞƏHƏR LAYİHƏSİNİN CƏMİYYƏTƏ TƏSİRLƏRİNİ MÜZAKİRƏ EDİB
0:02:05
QARABAĞ ƏLİLİ
0:03:45
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQU QORUNMUR
0:05:25
AZƏRBAYCANDA MÜLKİYYƏT HÜQUQU PROBLEMLƏRİ EKSPERTLƏRİN MÜZAKİRƏSİNDƏ
0:06:05
İŞ ADAMI İLƏ VƏTƏNDAŞIN ÇƏKİŞMƏSİ DAVAM EDİR
0:02:56
NZS QƏSƏBƏSİ SAKİNLƏRİNİN PROBLEMİ HƏLL EDİLMİR
0:03:54
FÖVQƏLADƏ HALLAR NAZİRİ KÜR DAŞQININDAN ZƏRƏR ÇƏKƏNİ HƏDƏLƏDİ
0:11:49
ŞƏMKİR SAKİNLƏRİ MELİORASİYA İDARƏSİNDƏN ŞİKAYƏTÇİDİR
0:02:53
İCRA BAŞÇISI HƏLƏ DƏ İŞ ADAMININ PULUNU QAYTARMAYIB
0:02:40
See all 217 videos
“Kamran MMC” tikinti şirkəti rəhbərlərinin azadlıqdan məhrum edilməsinə baxmayaraq, aldadılmış əmanətçilərə vəsaitlərin qaytarılması problemi həll edilməyib. Bu barədə bir qrup aldadılmış şəxs bu gün RATİ-nin Media Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Əmanətçilərin vəkili, “Peşəkar Hüquqşünaslar İctimai Birliyi”nin rəhbəri Tağı Hüseynov deyib ki, aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Kamran MMC” şirkətinin rəhbəri Ələkbər Babayevi 14 il azadlıqdan məhrum edib. Şirkətin digər 2 əməkdaşı -German Hüseynov və Süleyman Əliyev 11 il azadlıqdan məhrum olunublar. Onlar CM-in 178.3.2 (dələduzluq) və 308.2 (xidməti vəzifəsindən sui-istifadə) maddələri ilə təqsirli biliniblər. Məhkəmə “Kamran MMC”nin aldadılmış müştərilərin pullarını qaytarması barədə qərar çıxarıb, eyni zamanda bu şirkətə məxsus 16 mərtəbəli binaya (Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, 34b) həbs qoyulması barədə Nəsimi məhkəməsinin qərarını ləğv edib. Hüquqşünasın sözlərinə görə, məhkəmə bunu onunla əsaslandırıb ki, bina satılacaq, vəsait digər “Şaiq MMC” şirkətinin aldadılmış müştərilərinə ödəniləcək. 60 müştərinin hüquqları pozulub. Aldadılmış müştərilər bildiriblər ki, şirkət eyni mənzili bir neçə şəxsə satıb. Vətəndaşlar hesab edirlər ki, mənzil maxinasiyasının arxasında “Şərur inşaat” şirkətinin rəhbəri İsfəndiyar Axundov durur. O, “Kamran” və “Şaiq” şirkətlərinin daxil olduğu holdinqin sahibidir. “Prezident Administrasiyasına nə qədər şikayət etmək olar? Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov bizi qəbul etmir, onun əməkdaşları kobud davranır. Biz hüquqlarımızın təmin olunmasını tələb edirik. Ya pulumuzu qaytarsınlar, ya da heç olmasa Mehdiabad, Xırdalanda da olsa ev versinlər. Həyat yoldaşım ağır xəstədir, üç uşağımız var. Nə etməliyik? Əgər dövlət bizi müdafiə edə bilmirsə, deportasiya etsin”, - Arzu Əbdürrəhmanova adlı vətəndaş bildirib. Digər vətəndaşlar qeyd ediblər ki, onların hüquqlarının pozulması “prezidentə qarşı təxribatdır”. Onlar dövlət başçısının məsələyə müdaxilə edəcəyinə ümid etdiklərini bildiriblər.
Share |
Added: 2013-06-27
Category: Mülkiyyət hüququ
Duration: 0:02:51
Tags:
Video Description: ALDADILMIŞ ƏMANƏTÇİLƏRİN PULLARI QAYTARILMAYIB