generic dapoxetine priligy
NZS QƏSƏBƏSİ SAKİNLƏRİNİN PROBLEMİ HƏLL EDİLMİR
Select Category:
KEÇMİŞ İŞ ADAMININ MÜLKİYYƏT HÜQUQU UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR
0:03:26
HÜSEYNOVLAR SONADƏK MÜBARİZƏ APARACAQLAR
0:03:28
QARABAĞ ƏLİLİ İ RƏSULOV: QAZİLƏR ÜÇÜN TİKİLƏN MƏNZİLLƏR SATILIR
0:02:28
V.TARBAYEVA: HÜQUQLARIMI TAM BƏRPA EDƏCƏYƏM
0:02:08
HAKİMİYYƏT METRODA TİCARƏT EDƏNLƏRİ SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞIR
0:01:08
SAHİL TİCARƏT MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERİB
0:02:52
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARI KÜTLƏVİ ŞƏKİLDƏ POZULUR
0:04:20
SOVET KÜÇƏSİNİN SAKİNLƏRİ HAKİMİYYƏTƏ BİR HƏFTƏ VAXT VERDİ
0:04:09
BİNƏQƏDİ İCRA HAKİMİYYƏTİNİN QARŞISINDA AKSİYA
0:05:11
SAKİNLƏR
0:02:26
TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞIN NƏ MƏNZİLİNİ, NƏ DƏ PULUNU QAYTARIR
0:03:22
İCTİMAİ BİRLİK AĞ ŞƏHƏR LAYİHƏSİNİN CƏMİYYƏTƏ TƏSİRLƏRİNİ MÜZAKİRƏ EDİB
0:02:05
QARABAĞ ƏLİLİ
0:03:45
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQU QORUNMUR
0:05:25
AZƏRBAYCANDA MÜLKİYYƏT HÜQUQU PROBLEMLƏRİ EKSPERTLƏRİN MÜZAKİRƏSİNDƏ
0:06:05
İŞ ADAMI İLƏ VƏTƏNDAŞIN ÇƏKİŞMƏSİ DAVAM EDİR
0:02:56
ALDADILMIŞ ƏMANƏTÇİLƏRİN PULLARI QAYTARILMAYIB
0:02:51
FÖVQƏLADƏ HALLAR NAZİRİ KÜR DAŞQININDAN ZƏRƏR ÇƏKƏNİ HƏDƏLƏDİ
0:11:49
ŞƏMKİR SAKİNLƏRİ MELİORASİYA İDARƏSİNDƏN ŞİKAYƏTÇİDİR
0:02:53
İCRA BAŞÇISI HƏLƏ DƏ İŞ ADAMININ PULUNU QAYTARMAYIB
0:02:40
See all 217 videos
Bakı şəhəri Xətai rayonunun bir qrup sakini RATİ-də sosial problemlərlə bağlı mətbuat konfransı keçirib. Onların yaşadığı NZS qəsəbəsi, İlqar Həbibov küçəsi, 46 saylı 12 mənzildən ibarət 2 mərtəbəli ev qəzalı durumdadır. Qamışla doldurulmuş taxta konstruksiyalı bu ev XX əsrin 30-cu illərində tikilib, 15 illik istifadə üçün yararlı sayılıb. 1945-ci idə istifadə müddəti sona çatıb. Ustəlik, bu evdə 12 mənzıl olsa da bir mənzildə 3-5 ailə yaşayır. 2000-ci ilin noyabr zəlzələsindən sonra ev deformasiyaya uğrayıb. 2012-ci ilin dekabrında qaz partlayışından sonra bina özülünə qədər zədələnib. Partlayışa deformasiyadan sonra binada əmələ gələn çatlardan içəri dolan qaz sızması səbəb olub. Partlayışdan sonra külək əsəndə, ağır yüklü maşınlar hərəkət edəndə bina silkələnir, yağış mənzillərin içinə dolur. Belə ağır şəraitdə yaşayan sakinlər ötən 7 ay ərzində bütün idarəetmə orqanlarına müraciət etsələr də hər hansı nəticəyə nail ola bilməyiblər. Fövqəladə Hallar Nazirlyinin ekspertləri binanın qəzalı durumda olduğunu, bu binada yaşamağın sakinlərin həyatına real təhlükə yaratdığını şifahi şəkildə etiraf ediblər. Amma sakinlərə binanın qəzalı olması haqda yazılı rəy təqdim etməyiblər. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və digər orqanlara çoxsaylı müraciətlər olsa da hər hansı cavab verilməyib. Binada yaşamaq təhlükəli olduğundan ailələr hər hansı bədbəxtliklə üzləşməmək üçün körpə uşaqları qohum-əqrəba evinə yerləşdirməyə məcbur olublar. Belə duruma baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti binanın təmirə yararlığı haqda rəy verib. Sakinlər birmənalı olaraq bu rəyi əsassız sayırlar. Bir tərəfdən binanın qəzalı olmasını, digər tərəfdənsə istifadə müddətinin 70 il bundan əvvəl bitməsini əsas gətirən sakinlər rayon İcra Hakimiyyətini insanların həyatı ilə oynamaqda ittiham ediblər. Çıxış edənlər ölkənin milyardlarla gəliri olduğu halda 30-40 ailənin ev probleminin 7 ay içində həllini tapa bilməməsini vətəndaşa sayığısızlıq və hörmətsilik kimi dəyərləndiriblər. Onlar həm də problemin həlli üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiklərinə görə rayon icra başçısı tərəfindən təhqirə məruz qaldıqlarını nəzərə çatdırıblar. Sakinlər hökumətdən yeni ev ala bilmək üçün yetərli kompensasiya, ya şəhərin başqa yerində yeni evlə təmin olunmağı və ya bu evin yerində tikiləcək binadan onlara mənzil verilməsini tələb edirlər.
Share |
Added: 2013-07-04
Category: Mülkiyyət hüququ
Duration: 0:03:54
Tags:
Video Description: NZS QƏSƏBƏSİ SAKİNLƏRİNİN PROBLEMİ HƏLL EDİLMİR