generic dapoxetine priligy
İŞ ADAMI İLƏ VƏTƏNDAŞIN ÇƏKİŞMƏSİ DAVAM EDİR
Select Category:
KEÇMİŞ İŞ ADAMININ MÜLKİYYƏT HÜQUQU UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR
0:03:26
HÜSEYNOVLAR SONADƏK MÜBARİZƏ APARACAQLAR
0:03:28
QARABAĞ ƏLİLİ İ RƏSULOV: QAZİLƏR ÜÇÜN TİKİLƏN MƏNZİLLƏR SATILIR
0:02:28
V.TARBAYEVA: HÜQUQLARIMI TAM BƏRPA EDƏCƏYƏM
0:02:08
HAKİMİYYƏT METRODA TİCARƏT EDƏNLƏRİ SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞIR
0:01:08
SAHİL TİCARƏT MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERİB
0:02:52
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARI KÜTLƏVİ ŞƏKİLDƏ POZULUR
0:04:20
SOVET KÜÇƏSİNİN SAKİNLƏRİ HAKİMİYYƏTƏ BİR HƏFTƏ VAXT VERDİ
0:04:09
BİNƏQƏDİ İCRA HAKİMİYYƏTİNİN QARŞISINDA AKSİYA
0:05:11
SAKİNLƏR
0:02:26
TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞIN NƏ MƏNZİLİNİ, NƏ DƏ PULUNU QAYTARIR
0:03:22
İCTİMAİ BİRLİK AĞ ŞƏHƏR LAYİHƏSİNİN CƏMİYYƏTƏ TƏSİRLƏRİNİ MÜZAKİRƏ EDİB
0:02:05
QARABAĞ ƏLİLİ
0:03:45
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQU QORUNMUR
0:05:25
AZƏRBAYCANDA MÜLKİYYƏT HÜQUQU PROBLEMLƏRİ EKSPERTLƏRİN MÜZAKİRƏSİNDƏ
0:06:05
NZS QƏSƏBƏSİ SAKİNLƏRİNİN PROBLEMİ HƏLL EDİLMİR
0:03:54
ALDADILMIŞ ƏMANƏTÇİLƏRİN PULLARI QAYTARILMAYIB
0:02:51
FÖVQƏLADƏ HALLAR NAZİRİ KÜR DAŞQININDAN ZƏRƏR ÇƏKƏNİ HƏDƏLƏDİ
0:11:49
ŞƏMKİR SAKİNLƏRİ MELİORASİYA İDARƏSİNDƏN ŞİKAYƏTÇİDİR
0:02:53
İCRA BAŞÇISI HƏLƏ DƏ İŞ ADAMININ PULUNU QAYTARMAYIB
0:02:40
See all 217 videos
Qazax rayon sakini, məcburi köçkün, hakim partiyanın üzvü Elşad Məmmədov cümə günü RATİ-də tanınmış iş adamı Hacı İbrahim Nehrəmlini mənzillərini əlindən almaqda ittiham edən mətbuat konfransı keçirib. Elşad Məmmədovun dediyinə görə o, 2012-ci ildə “Göy məscid” lə üzbəüz -Abay döngəsi, 360 ünvanında hündür mərtəbəli qırmızı kərpicli binada nağd pula iki mənzil alıb. Daha sonra mənzillərdən birini satmalı olub. İbrahim Nehrəmliyə məxsus şirkətin adamları Elşad Məmmədovun razılığı olmadan mənzili başqa şəxsə satıblar. Daha sonra mənzilin E .Məmmədova satılması barədə sənəd ləğv edilib. “Şirkət bu üsulla bir mənzili bir neçə adama satır”-deyə Elşad Məmmədov bu sayaq alqı -satqıların mahiyyətini açıqlayıb. Şikayətçinin iddiasına görə qanunsuz alqı -satqı ilə onun ikinci mənzili də əlindən alınıb. Hətta o, mənzilə aid sənədləri şirkətə vermək istəməyib. Bu zaman iş adamının mühafizəçilərindən biri E. Məmmədovu sənədləri gətirib təhvil verməsə “bandotdel”ə aparılacağı ilə hədələyib. Vətəndaş bu məsələ ilə bağlı müxtəlif instansiyalara 500-dəfədən çox şikayət etsə də nəticə yoxdur. Elşad Məmmədov İbrahim Nehrəmlinin dövlət məmuru olan iki qardaşına arxayın olaraq bu addımı atdığını nəzərə çatdırıb. “Yeni Müsavat” qəzetinə müsahibəsində İbrahim Nehrəmlinin vətəndaşı “dələduz” adlandırmasına cavab olaraq o “ən böyük dələduz İ.Nehrəmli özüdür” -cavabı verib. Nəsimi rayon məhkəməsi mənzilin qanunsuz alınması haqda qərar verib. Bakı apellyasiya məhkəməsində hakim Xuraman Məhərrəmova Elşad Məmmədovun əlində qanuni sənədləri olduğu üçün onu haqlı sayıb. İkinci məhkəmə prosesində isə əks tərəfin xeyrinə qərar çıxarılıb. Hazırda işə Ali Məhkəmədə baxılması üçün hazırlanır.
Share |
Added: 2013-07-15
Category: Mülkiyyət hüququ
Duration: 0:02:56
Tags:
Video Description: İŞ ADAMI İLƏ VƏTƏNDAŞIN ÇƏKİŞMƏSİ DAVAM EDİR