generic dapoxetine priligy
AZƏRBAYCANDA MÜLKİYYƏT HÜQUQU PROBLEMLƏRİ EKSPERTLƏRİN MÜZAKİRƏSİNDƏ
Select Category:
Azərbaycanda mülkiyyət hüququ sahəsində qanunvericilik bazası, problemlər, yarıtmaz icra vəziyyəti, vətəndaşların mülkiyyətinin qanunsuz olaraq əlindən alınması, bu sahədə yerli məhkəmələrin və Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsi bu gün Park İnn otelində keçirilən dəyirmi masanın əsas müzakirə mövzusu olub.Amerika səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin yekunu olaraq Azərbaycan Hüquqşünaslar Assosiasiyası və Azad İqtisadiyyata Yardım İctimai Birliyi “Mülkiyyət hüquqlarının məhkəmə qaydasında müdafiəsi – uğurlar və çətinliklər” mövzusunda keçirilən forumda Milli Məclisin deputatları, bir sıra icra orqanlarının təmsilçiləri, ekspertlər, tanınmış hüquqşünaslar və vəkillər iştirak edib. Azərbaycan məhkəmələrinin mülkiyyət hüququ ilə bağlı qəbul etdiyi qərarların 3-5 faizini ədalətli hesab etmək olar. Bu qərarların bir hissəsi şəxsi münasibətlər hesabına qəbul edilib. Yerli məhkəmələr bir qayda olaraq Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Torpaq Komitəsi, Əmlak Komitəsinə qarşı hər hansı iddianı təmin etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları yerinə yetirilmir. “Torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanun layihəsi və qanunun tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı müsbət haldır. Bununla yanaşı qanunların tətbiqi, məhkəmə baxışı sahəsində çoxsaylı problemlər qalmaqdadır”, - deyə Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli qeyd edib. Ekspertlər hesab edir ki, konstitusiyadan “ictimai ehtiyaclar” sözlərinin çıxarılması, torpaqların yalnız dövlət ehtiyacları üçün alınması bəndinin saxlanması müsbət addımdır. Amma, reallıqda buna əməl edilmir. “Buna baxmayaraq Azərbaycanda mülkiyyət hüququnun sabit dəyər kimi qorunmasından danışmaq əbəsdir. Hətta parkın salınması üçün də mülkiyyət hüququ pozulur”, - Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu bildirib. Forumda yalnız Bakı şəhərində 500 min sənədsiz, ünvansız tikilinin olması, regionlarda isə belə tikililərin sayının daha çox olduğu qeyd edilib. Bu vətəndaşlarla dövlət arasında böyük problemlər yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinə mülkiyyət hüququ ilə bağlı yüzlərlə şikayət göndərilib. “Avropa Məhkəməsinin Azərbaycanla bağlı 50-dən çox qərarı icra edilməyib. Amma, digər tərəfdən məhkəmə qərarlarını icra etmədiyinə görə insanları 220 saatlıq ictimai işlərə cəlb edirlər”, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev qeyd edib. Ekspertlər məcburi köçkünlərin digər vətəndaşların evlərini qanunsuz zəbt etdiyi və bu barədə məhkəmə qərarlarının icrasının vacibliyini də deyib. “Məcburi köçkünlərin köçürülməsi ilə bağlı dövlət proqramı var və bu yerinə yetirilir”, deyə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib. Çıxışlarda son illərdə yalnız Bakı şəhərində 40 min məcburi köçürmə halının qeydə alındığı xatırladılıb. Bayraq Meydanın tikintisi zamanı da çoxsaylı qanun pozuntuları olduğu bildirilib. “Bayraq meydanına gedən yol tikintisi Bakı-Ələt yolunun 2-4 kilometrinin tikintisi adı altında aparılıb. Bu yolun 2 kilometrinin tikintisinə 64 milyon manat ayrılıb. Amma, orada yaşayan 28 hərbiçinin hər birinə 10 min manat kompensasiya verilib”, vəkil Şəfa Camalzadə deyib. Vəkil Anar Qasımlı isə Şahdağ Turizmi Kompleksinin tikintisi zamanı mülkiyyət hüququ ilə bağlı qanun pozuntularından danışıb. Orada hər sot torpaq sahəsi üçün kompensasiya cəmi 24 manat müəyyən edilib. Halbuki bu ərazidə real bazarda bir sot torpağın qiyməti bir neçə min manatdır. “81 ailə məhkəmədə iddia qaldırıb. Turizmi kompleksi işləyir, iddiaçıların 9-u dünyasını dəyişib. Amma, məhkəmə iddiaya hələ də baxmayıb”, vəkil bildirib. Vəkil İradə Cavadova deyib ki, Bakı şəhərində insanlara ən yüksək kompensasiya kimi 1500 manat verilir. “Halbuki, həmin ərazidə eyni təyinatlı binanın kvadratmetrinə 15 min manat ödəməli olursan. İnsanlar banklardan kreditlər götürüb, öhdəliyi var. Ancaq onun biznes obyektini söküb kvadratmetrinə 1500 manat verirlər. Mənim müvəkkilim 1 milyon manat kredit götürüb, biznes qurub. Obyektini söküblər, verilən kompensasiya kreditinin cüzi bir hissəsini belə ödəmir. Vətəndaş nə etməlidir”, vəkil sual edib.
Share |
Added: 2013-07-16
Category: Mülkiyyət hüququ
Duration: 0:06:05
Tags:
Video Description: AZƏRBAYCANDA MÜLKİYYƏT HÜQUQU PROBLEMLƏRİ EKSPERTLƏRİN MÜZAKİRƏSİNDƏ