generic dapoxetine priligy
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQU QORUNMUR
Select Category:
KEÇMİŞ İŞ ADAMININ MÜLKİYYƏT HÜQUQU UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR
0:03:26
HÜSEYNOVLAR SONADƏK MÜBARİZƏ APARACAQLAR
0:03:28
QARABAĞ ƏLİLİ İ RƏSULOV: QAZİLƏR ÜÇÜN TİKİLƏN MƏNZİLLƏR SATILIR
0:02:28
V.TARBAYEVA: HÜQUQLARIMI TAM BƏRPA EDƏCƏYƏM
0:02:08
HAKİMİYYƏT METRODA TİCARƏT EDƏNLƏRİ SAKİTLƏŞDİRMƏYƏ ÇALIŞIR
0:01:08
SAHİL TİCARƏT MƏRKƏZİNDƏ GÜCLÜ YANĞIN BAŞ VERİB
0:02:52
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARI KÜTLƏVİ ŞƏKİLDƏ POZULUR
0:04:20
SOVET KÜÇƏSİNİN SAKİNLƏRİ HAKİMİYYƏTƏ BİR HƏFTƏ VAXT VERDİ
0:04:09
BİNƏQƏDİ İCRA HAKİMİYYƏTİNİN QARŞISINDA AKSİYA
0:05:11
SAKİNLƏR
0:02:26
TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞIN NƏ MƏNZİLİNİ, NƏ DƏ PULUNU QAYTARIR
0:03:22
İCTİMAİ BİRLİK AĞ ŞƏHƏR LAYİHƏSİNİN CƏMİYYƏTƏ TƏSİRLƏRİNİ MÜZAKİRƏ EDİB
0:02:05
QARABAĞ ƏLİLİ
0:03:45
AZƏRBAYCANDA MÜLKİYYƏT HÜQUQU PROBLEMLƏRİ EKSPERTLƏRİN MÜZAKİRƏSİNDƏ
0:06:05
İŞ ADAMI İLƏ VƏTƏNDAŞIN ÇƏKİŞMƏSİ DAVAM EDİR
0:02:56
NZS QƏSƏBƏSİ SAKİNLƏRİNİN PROBLEMİ HƏLL EDİLMİR
0:03:54
ALDADILMIŞ ƏMANƏTÇİLƏRİN PULLARI QAYTARILMAYIB
0:02:51
FÖVQƏLADƏ HALLAR NAZİRİ KÜR DAŞQININDAN ZƏRƏR ÇƏKƏNİ HƏDƏLƏDİ
0:11:49
ŞƏMKİR SAKİNLƏRİ MELİORASİYA İDARƏSİNDƏN ŞİKAYƏTÇİDİR
0:02:53
İCRA BAŞÇISI HƏLƏ DƏ İŞ ADAMININ PULUNU QAYTARMAYIB
0:02:40
See all 217 videos
Bir qrup Bakı sakini mülkiyyət hüquqlarının pozulması ilə bağı mətbuat konfransı keçirib. Sakinlərin sözlərinə görə, yeni açılmış "Qış parkı" yaxınlığındakı bəzi binaların sökülməsi nəzərdə tutulur. Söküntüyə qeyri-rəsmi Bakı şəhər meiriyası rəhbərlik edir. Dilarə Əliyeva 183 ünvanında yaşayan Solmaz Qafarova evlərinin sökülməməsi haqda 1 saylı Bakı İqtisadi-İnzibati məhkəməsinin qərarı olduğunu deyib. Buna baxmayaraq "söküntü rəhbəri" Zülfəli İsmayılov məhkəmə qərarına məhəl qoymur. Solmaz Qafarova evinə Zülfəli İsmayılovun, Hacıbala Abutalıbovun qiymət qoyması ilə razılaşmayaraq, ev sahibi kimi qiymət qoymaq haqqının özündə olduğunu bildirib. YAP üvzü olduğunu, iqtdara xidmət göstərdiyini deyən S.Qafarova yaşadığı əsəb gərdinliyindən bir gözünün nurunu itirib. İkinci gözü də cəmi 60% görür. O, mənzili boşaltmadıqları üçün evə oğru qrupu salındığını, külli miqdarda oğurluq edildiyini iddia edir. Sakin Başxanım Abbasova da baş verənləri məmur özbaşınalığı və vətəndaşın cinayətkar qruplarla üz-üzə qalması kimi dəyərləndirib. B.Abbasovanın yaşadığı Dilarə Əliyeva 195-in sökülməməsi haqda da məhkəmə qərarı var. Amma bu qərarlara məhəl qoyulmur. Dünyada mülkiyyət hüququnun birinci yerdə dayandığını deyən Başxanım Abbasova Azərbaycanda bunun son yerdə olmasına diqqət çəkib. Mətbuat konfransında "Qış bulvarı" salınması üçün bu ətrafda 17 tarixi binanın söküldüyü qeyd olunub. Viktor Matveyev 1959-cu ildən bu binada yaşadığını deyib. Başqa heç bir arzusu olmadığını, şəhərin mərkəzində, indi yaşadığı evin həcminə bərabər evlə təmin olunmasını istədiyini nəzərə çatdırıb. Qonşuları ilə müqayisədə Nüşabə Qurbanovanın durumu daha ağırdır. Belə ki, evin sahəsi az olduğu üçün verilən kompensasiya ev almağa yetmir. Həyat yoldaşı yataq xəstəsidir. Qadın evlərini başlarına uçursalar belə mənzili tərk et mək niyyətində olmadığını bəyan edib. Şikayətçi Sürəyya Rəhimovannın evi Papanin, indiki Cəlil Məmmədquluzadə küçəsindədir. Burada söküntü işlərini kimin apardığı belə bəlli deyil. Öncə evlərin metro tikintisi üçün söküldüyünü deyiblər. Sonra bəlli olub ki, bu ərazi metroya aid deyil. Mülkiyyət hüquqlarının pozulmasına etiraz edən sakinlər məsələni mübahisələndirməkdə davam edəcəklərini, lazım gələrsə Avropa məhkəməsinə kimi gedəcəklərini bildiribləri.
Share |
Added: 2013-07-18
Category: Mülkiyyət hüququ
Duration: 0:05:25
Tags:
Video Description: VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQU QORUNMUR