generic dapoxetine priligy
İCTİMAİ BİRLİK AĞ ŞƏHƏR LAYİHƏSİNİN CƏMİYYƏTƏ TƏSİRLƏRİNİ MÜZAKİRƏ EDİB
Select Category:
Avqustun 7-də "Azad İqtisadiyyata Yardım" (AİY) Ictimai Birliyi "Ağ şəhər" layihəsi çərçivəsindəki söküntülərlə bağlı çərşənbə günü mətbuat konfransı keçirib. Birliyin rəhbəri Zöhrab İsmayıl Bakının Qaraşəhər ərazisindəki "Ağ şəhər tikintisi" layihəsi çərçivəsində 1000-ə qədər fərdi evin sökülməsi nəzərdə tutulduğunu bildirib. O, İctimai Birliyin prosesi izlədiyini, söküntülər gedən ərazidə müşahidələr apardıqlarını, sakinlərlə görüşdüklərini nəzərə çatdırıb. Daha sonra layihə müəllifləri layihənin icrası ilə bağlı ictimaiyyətdə açıq informasiya olmadığını xüsusi qeyd ediblər və bu söküntülərə hüquqi əsas kimi dövlət başçısının Bakı şəhərinin ekoloji baxımdan təmizlənməsi üzrə sərəncamının göstərildiyini bildiriblər. Layihə müəllifləri xalqın malını, təhlükəsizliyini qorumalı olan polisin iştirakı ilə vətəndaşın evi söküldüyünü və məcburi köçürmə hallarının baş verdiyini qeyd ediblər. Qeyd olunub ki, belə köçürmələr insan haqları ilə bağlı Avropa konvensiyalarının müddəalarına zidd sayılır və birbaşa mülkiyyət hüququnun pozulmasına xidmət edir. Tədbirin sonunda İctimai Birliyinin sədri Zöhrab İsmayıl baş verən prosesləri nəzarətdə saxlayacağını vurğulayıb.
Share |
Added: 2013-08-08
Category: Mülkiyyət hüququ
Duration: 0:02:05
Tags:
Video Description: İCTİMAİ BİRLİK AĞ ŞƏHƏR LAYİHƏSİNİN CƏMİYYƏTƏ TƏSİRLƏRİNİ MÜZAKİRƏ EDİB