generic dapoxetine priligy
MİLLİ ŞURANIN MİTİNQİNDƏ SİYASİ LİDERLƏR ÇIXIŞ EDİB
Select Category:
Milli Şura dünən "20-ci sahə"də "Azad və ədalətli seçki!", "Siyasi məhbuslara azadlıq!" tələbilə mitinq keçirdi. Mitinqin aparıcısı Milli Şuranın üzvü, istiqlalçı deputat Ibrahim Ibrahimli idi. Mitinqdə Milli Şurada təmsil olunan siyasi qüvvələrin liderləri çıxış etdilər. AXCP sədri Əli Kərimli deyib ki, Milli Şurada cəmiyyətin bütün təbəqələri təmsil olunub və Rüstəm İbrahimbəyov vahid namizəd kimi irəli sürülüb. "Biz düzgün və ədalətli seçkilər tələb edirik. Əgər seçkilər düzgün olsaydı, hakimiyyət daha 60 min vətəndaşın evinin söküləcəyini bəyan etməyə cəsarət etməzdi", - Ə.Kərimli vurğulayıb. Onun sözlərinə görə, indiki rejim təhsili, səhiyyəni məhv edir, xalqın sərvətini talan edir. O, ölkədə vəziyyətin dəyişməsinin vacibliyini bildirib, lakin DQMŞ buna dinc yolla nail olacaq. Müsavat Partiyasının lideri İsa Qəmbər qeyd edib ki, avqust hər zaman Azərbaycanda milli hərəkat üçün uğurlu dövr olub. Belə ki, 1989-cu ildə Xalq Cəbhəsinin yaradılması və 1991-ci ildə avqustda başlayan milli hərəkat kommunist partiyasının süqutuna və Azərbaycanın öz müstəqilliyini əldə etməsinə gətirib çıxarıb. İndi də Əliyevin avtoritar rejiminə qarşı çıxmaq üçün müxalifət Milli Şurada birləşib. "Biz vahid namizəd Rüstəm İbrahimbəyovu sonadək dəstəkləyəcəyik", - Isa Qəmbər vurğulayıb. Eyni zamanda onun sözlərinə görə, Milli Şura başqa qərarlar da qəbul edəcək. Belə ki, bazar ertəsi Milli Şuranın sessiyasında ziyalıların nümayəndələrindən daha bir nəfər namizəd irəli sürüləcək. Və yaxud yekun mərhələdə bir namizədin dəstəklənməsi üçün bir neçə nəfərin namizədliyinin irəli sürülməsi barədə R.İbrahimbəyovun öncə söylədiyi ideya qəbul olunacaq. EL hərəkatının rəhbəri və Milli Şuranın icra aparatının sədri Eldar Namazov deyib ki, Milli Şura öz bütövlüyünü saxlayacaq və qələbəyə nail olacaq. Bundan sonra gənc iştirakçılar İlham Əliyevin istefasını tələb edən şüarlar səsləndiriblər. Hər dəfə bu şüarlar səsləndikcə tribunaya elektrik enerjisinin verilməsi kəsilib. Mitinq qətnamə qəbulu ilə başa çatıb. Qətnamədə azad və ədalətli seçkilərin keçirilməsinin təmin olunması, siyasi məhbusların azadlığa buraxılması, R.İbrahimbəyovun ölkəyə qayıtmasına və prezidentliyə namizədliyinin irəli sürülməsinə şəraitin yaradılması tələb olunur. Həmçinin qətnanədə tələb olunur ki, dövlət başçısı ailə üzvlərinin offşor kompaniyaları barədə açıqlama versin, korrupsiyaya uğramış məmurları cəzalandırsın və mülkiyyət hüquqlarının pozulmasına son qoysun. Aksiya zamanı polislər övladları orduda qeyri-döyüş şəraitində həlak olan bir qrup əsgər anasını saxlayıb. Onları avtobusa əyləşdirərək aparıblar. Onlar mitinqə övladlarının portretlərini gətirməkdə günahkar biliniblər
Share |
Added: 2013-08-19
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:04:22
Tags:
Video Description: MİLLİ ŞURANIN MİTİNQİNDƏ SİYASİ LİDERLƏR ÇIXIŞ EDİB