generic dapoxetine priligy
TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞIN NƏ MƏNZİLİNİ, NƏ DƏ PULUNU QAYTARIR
Select Category:
Vətəndaş Elşən Məmmədov "Həsənoğlu-96" mənzil tikinti kooperativində məruz qaldığı haqsızlıqlarla bağlı çərşənbə axşamı RATİ-də mətbuat konfransı keçirib. E.Məmmədov 2012-ci iln mayında bu MTK-dan aldığı mənzillərin qanunsuz olaraq əlindən alındığını söyləyib. Belə ki, alqı-satqı işi ilə məşğul olan E.Məmmədov 355 min manat nəqd ödəyərək keçmiş Zabitlər bağının içində tikilən hündürmərtəbəli binadan iki mənzil alıb. Bununla bağlı şirkətlə E.Məmmədov arasında müqavilə imzalanıb, mədaxil-maliyyə sənədi verilib. E.Məmmədov qeyd edib ki, sahibi olduğu 51 saylı mənzil ondan xəbərsiz şirkət tərəfindən Vüqar Fiqarov adlı adama satılıb. Mənzilin ona məxsusluğu Nəsimi Rayon Məhkəməsində hakim Səyyad Qafari tərəfindən ləğv edilib. Hələ bu azmış kimi məhkəmə V.Fiqarovla şirkət arasındakı alqı-satqını da qanunsuz sayaraq ləğv edib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hazırda Ali Məhkəmə mərhələsi başlayır. E.Məmmədov bu məsələdə MTK-nın təsisçisi Emil Tağıyevi, şirkət əməkdaşları Orxan Sadıqov və Zülfü İsgəndərovu əsas təqsirkarlar sayıb, onların həbsinə nail olacağını deyib. E.Məmmədov bu məsələdə "Avesta" şirkətlər qrupunun rəhbəri, iş adamı İbrahim İbrahimlini (İbrahim Nehrəmli) də günahkar sayıb. E.Məmmədov bir il üç ay ərzində müxtəlif dövlət instansiyalarına 500-dən çox şikayət göndərdiyini, amma bütün şikayətlərinə "məsələnin araşdırıldığı" cavabı verildiyini söyləyib.
Share |
Added: 2013-08-21
Category: Mülkiyyət hüququ
Duration: 0:03:22
Tags:
Video Description: TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞIN NƏ MƏNZİLİNİ, NƏ DƏ PULUNU QAYTARIR