generic dapoxetine priligy
GÜLƏŞİN OLİMPİYA OYUNLARINDAN ÇIXARILMASINA ETİRAZ AKSİYASI
Select Category:
Bakıda “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” şüarı ilə aksiya keçirilib. İdmançılar Yay Olimpiya oyunlarından güləş növünün çıxarılmasına etiraz edib. Aksiyada Azərbaycanın Olimpiya Komitəsinin, Güləş Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, güləş üzrə dünya, olimpiya və Avropa çempionları iştirak edib. Aksiyada Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə və İcraiyyə Komitəsinə müraciət oxunub. “Güləş idman növünün olimpiya oyunları sırasından çıxarılması barədə xəbər Azərbaycan idmançılarını məyus edib. Məsələyə yenidən baxılmasını və güləşin olimpiya oyunlarından çıxarılmaması barədə qərar verməyinizi xahiş edirik. Güləş dünyanın bir çox xalqlarının milli ənənəsidir”, sənəddə qeyd edilir. Azərbaycanın güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayev bildirib ki, güləş olimpiya oyunlarından çıxarılarsa Azərbaycan idmançıları bütün mükafatlarından imtina edə bilər.
Share |
Added: 2013-09-06
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:01:22
Tags:
Video Description: GÜLƏŞİN OLİMPİYA OYUNLARINDAN ÇIXARILMASINA ETİRAZ AKSİYASI