generic dapoxetine priligy
CƏMİL HƏSƏNLİNİN TƏRƏFDARLARI MİTİNQ KEÇİRİB
Select Category:
Bakının Yasamal rayonundakı “Məhsul” idman kompleksi stadionunda Demokratik Qüvvələrin Milli Şurası tərəfdarlarının mitinqi keçirilib. Mitinqin aparıcısı Xalq Cəbhəsi Partiyasının sədr müavini Sahib Kərimov olub. Aksiya ənənəvi formada deyil, namizədin seçicilərlə görüşü formatında keçirilib. Bütün şüarlar azad və ədalətli seçkilərin keçirilməsilə bağlı olub. Aksiyada çoxsaylı bayraqlar və təşviqat plakatları olub. Mitinq təşkilatçıları deyiblər ki, iqtidar stadiona gələn yolları bağlayıb, insanların stadiona daxil olmasına məhdudiyyət qoyur. Şəhərə yaxın Masazır qəsəbəsi əhatəyə alınıb, oradan hər hansı nəqliyyat növünün hərəkətinə imkan verilmir. Milli Şuranın mitinqinə toplaşan 10 min nəfərdən çox adam Müsavat Partiyasının lideri İsa Qəmbərin İlham Əliyevə könüllü istefaya getməsi çağırışını alqışlarla qarşılayıb. “İki prezidentlik müddətində İlham Əliyev ölkənin bir problemini belə həll edə bilməyib. Ona görə də onun könüllü istefa verməsi daha doğru olardı”, - o qeyd edib və iqtidarı gəlirləri haqda hesabat verməyə çağırıb. Təkcə İlham Əliyev yox, Heydər Əliyev Fondu da hesabat verməlidir. Xalqa izah edilməlidir ki, bu ictimai təşkilatın milyonları haradan yaranır”, - Müsavat lideri vurğulayıb. Daxili Işlər Nazirliyinin keçmiş rəhbəri İsgəndər Həmidov bu səpgili çağırışında daha konkret olaraq “əgər Əliyev istefaya getməsə, istefaya göndəriləcək” ifadəsini işlədib. “Bizim namizəd Cəmil Həsənli teledebatlardakı 12 dəqiqəlik çıxışında bu iqtidarın 20 ildə gördüyündən daha çox iş gördü”, - AXCP lideri Əli Kərimli vətəndaşları prezident seçkilərində ciddi fəallığa çağırıb. “Yalan, aldatmaq bəsdir, İlham getməlidir”, - Ə.Kərimli qeyd edib. EL hərəkatının rəhbəri Eldar Namazov C.Həsənlinin namizədlyini dəstəkləyən qərb bölgəsindən yenicə qayıtdığını bildirib. “İnsanlar mənə belə deyiridlər: “oktyabrın 9-da Cəmil Həsənliyə səs verəcəyik”,-E..Namazov nəzərə çatdırıb. Sonda çıxış edən Milli Şuranın prezidentliyə namizədi C.Həsənli çıxış edərək, İlham Əliyevi birbaşa debatlara çağırıb. “Qoy, o, burada səslənən suallara üzbəüz cavab versin, qoy, cavab versin ki, niyə 20 il ərzində 20 sm. torpağı azad etməyib”, - deyə Həsənli vurğulayıb. Daha sonra C.Həsənli öz seçicilərinin mövqeyini ifadə edərək bu insanların total ədalətsizlikdən, bu hakimiyyətin hərislik və ikiüzlülüyündən bezdiyini söyləyib. “Avtoritar rejim ölkəni idarə edən kriminal piramida yaradıb. Amma bu iqtidar bununla kifayətlənmək istəmir, bu piramida bizim uşaqları da idarə etmək istəyir, buna isə yol vermərik”, - C.Həsənli mövqeyini ifadə edib. Onun çıxışı da digər natiqlərin çıxışları kimi “Azadlıq!”, “İstefa!” şüarları ilə müşayiət olunub. Mitinqin 4 bənddən ibarət qətnaməsi oxunub. Qətnamədə bütün siyasi məhbusların azad olunması, şəffaf və demokratik seçkilərə şərait yaradılması, namizədlərə öz seçicilərilə görüşlərə imkan yaradılması, seçkiöncəsi təşviqatda İlham Əliyevin dövlət resurslarından istifadə edilməsinə son qoyulması tələb edilir.
Share |
Added: 2013-09-23
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:06:29
Tags:
Video Description: CƏMİL HƏSƏNLİNİN TƏRƏFDARLARI MİTİNQ KEÇİRİB