generic dapoxetine priligy
CƏMİL HƏSƏNLİNİN 28 SENTYABR MİTİNQİ
Select Category:
28 sentyabrda Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqat mitinqi keçirilib. Aksiya “Dəyişiklik naminə Cəmil Həsənliyə səs verək!” şüarı illə keçirilib. Digər şüarlar arasında “Qarabağın azadlığı uğrunda!”, “Müstəqil məhkəmələr uğrunda”, “Şərəfli və firavan həyat uğrunda!”, “Rüşvətsiz cəmiyyət uğrunda!”, “Keyfiyyətli təhsil uğrunda!”, “Dindarların azad dini etiqadı naminə!”, “Siyasi məhbusların azadlığı uğrunda!”, “Keyfiyyətli səhiyyə naminə!” və s. olub. Aksiya iştirakçıları həmçinin “Oğrunu yox, təmiz insanı seç!”, “Azadlıq!”, “Cəmil bəy” şüarlarını səsləndiriblər. Müsavat Partiyasının lideri İsa Qəmbər mitinqdə diqqəti siyasi məhbuslar probleminə yönəldib. Onların arasında jurnalistlər, siyasi fəallar və dindarlar var. “Əslində İlham Əliyev Azərbaycanı böyük həbsxanaya çevirib”, - İ.Qəmbər vurğulayıb. O, İ.Əliyevi “devrilmiş diktatorların taleyini təkrarlamaq istəmirsə normal seçkilər keçirməyə və könüllü istefa verməyə çağırıb” . Aksiya iştirakçıları İ.Qəmbərin bu sözlərindən sonra “İlham, istefa!” şüarını səsləndiriblər. Respublika Alternativ Hərəkatı (REAL) Məclisinin rəhbəri Erkin Qədirli mitinqdə çıxış edərək ölkəni “çirkab”dan təmizləməyi üzərinə götürən Cəmil Həsənlini dəstəklədiyini bildirib. O, təcridxanada saxlanılan REAL təşkilatının lideri İlqar Məmmədovu C.Həsənliyə səs verməyə çağırıb. NİDA hərəkatının nümayəndəsi Ülvi Həsənli öz növbəsində bildirib ki, hərəkatın həbsdə olan 7 fəalı C.Həsənlini dəstəkləyir. “Gəlin, Azərbaycanın Türkmənistana, Özbəkistana çevrilməsinə yol verməyək”, - Ü.Həsənli vurğulayıb. AXCP lideri Əli Kərimli vətəndaşları “40 il ərzində Əliyev rejiminin Azərbaycanda törətdiyi qanunsuzluqlara və ədalətsizliyə görə” hakimiyyətin cavab verməsini tələb etməyə çağırıb. O, vətəndaşları “deputat mandatlarının, xalqın sərvətinin mənimsənilməsini, atəşkəs rejimində əsgər ölümlərini bu hakimiyyətə bağışlamamağa” çağırıb. “Gəlin, səs verin, bu hakimiyyətə yox deyin, Cəmil Həsənliyə səs verin”, - deyə o vurğulayıb. Cəmil Həsənli öz çıxışında müxtəlif millətlərdən olan vətəndaşları birlikdə ölkəni korrupsiya və yoxsulluqdan xilas etməyə çağırıb. “Bu ölkədə insanlar doğulandan ölənə qədər rüşvət verməyə məhkumdur. Hətta məzarda yer almaq üçün rüşvət vermək lazımdır”, - C.Həsənli bildirib. O əlavə edib ki, xalqın sərvəti Malayziyadan tutmuş Panamaya qədər bütün dünya üzrə offşorlarda gizlədilib. C.Həsənlinin sözlərinə görə, vətəndaşlara azadlıq verilmədən ölkənin problemlərini həll etmək mümkün deyil və bu, onun platformasının əsas məqamıdır. “Xalq oğru və quldurlara “yox” deməlidir. Ayağa qalxmaq, qəddimizi düzəltmək və müstəbidlərə “yox” demək lazımdır. Və biz birlikdə bu tarixi missiyanı yerinə yetirəcəyik”, - C.Həsənli vurğulayıb. Mitinqin qətnaməsində Əli Kərimlinin oğlunun və digər siyasi məhbusların azadlığa buraxılması, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğluna hücum edənlərin tapılıb cəzalandırılması, seçkilər haqqında qanunvericiliyə əməl olunması tələb edilib.
Share |
Added: 2013-09-28
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:07:03
Tags:
Video Description: CƏMİL HƏSƏNLİNİN 28 SENTYABR MİTİNQİ