generic dapoxetine priligy
AKSİYADA SAXLANILANLARDAN 6 NƏFƏRİ MƏSULİYYƏTƏ CƏLB OLUNUB
Select Category:
II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənovun ölümünə etiraz olaraq bazar günü keçirilən aksiyada saxlanılanlar cəzalandırılıblar. Dekabrın 30-da Səbail rayon məhkəməsində Müsavat Partiyasının fəalları Orxan Eyyubzadə 18 sutka, Cavid Hacıbəyli 16 sutka, Tural Sadıqlı 17 sutka inzibati həbs alıblar. AXCP üzvləri Orxan Carçı 16 və Türkel Əlisoy 15 sutka həbs cəzası alıblar. Onlar İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsi (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilinirlər. AXCP fəalları Bəyim Həsənli və Kəmalə Bənənyarlı 400 və 500 manat cərimə olunublar. Bəyim Həsənli bildirib ki, saxlanılanlar dövlət vəkilləri ilə təmin olunublar, lakin onlar həmin vəkillərin xidmətlərindən imtina ediblər. Ötən gün aksiya iştirakçılarından biri Samir Poladov 15 sutka həbs edilib, 14 nəfər cərimələnib . AXCP üzvləri Toğrul İbrahimli, Sabir Məmmədov, Natiq Rüstəmli, Qərib Musayev, Bəxtiyar Hüseynov, Çilənay Seyidli, Kamilla Əhmədova, Mahirə Hüseynova, həmçinin Müsavat Partiyasının fəalı Xəyyam Məmməd və Ələkbər Rzayev 300 manat cərimələniblər. İki nəfər Qarabağ müharibəsi veteranı Cavanşir Osmanlı və İldırım Təhməzov müvafiq olaraq 300 və 350 manat cərimə olunublar. İki bitərəf Novruz Novruzov və Məcid Vahid 300 və 500 manat cərimə olunublar.
Share |
Added: 2013-12-30
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:03:12
Tags:
Video Description: AKSİYADA SAXLANILANLARDAN 6 NƏFƏRİ MƏSULİYYƏTƏ CƏLB OLUNUB