generic dapoxetine priligy
MİLLİ ŞURA 2014 - CÜ İL ÜÇÜN PRİORİTETLƏRİNİ MÜƏYYƏN EDİB
Select Category:
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) yanvarın 16-da keçirilən sessiyasında 2014-cü il üçün əsas prioritetləri təsdiqləyib. Mühüm məsələ kimi siyasi motivlərlə həbs edilmiş şəxslərin – müxalifət partiyalarının üzvləri, gənc fəallar, jurnalistlər, dindarların hüquqlarını effektiv müdafiə sisteminin yaradılması və onların azadlığa buraxılmasına nail olmaq qarşıya qoyulub. Milli Şura ölkənin sosial həyatında baş verən prosesləri izləmək və əhalini hakimiyyətin onların həyat səviyyəsinə mənfi təsir edən addımları barədə məlumatlandırmaq niyyətindədir. Yerli və beynəlxalq ekspertlərin, ziyalıların iştirakı ilə avtoritarizmdən demokratiyaya keçidin yollarını müzakirə etmək üçün beynəlxalq konfrans keçiriləcək. DQMŞ həmçinin azad və ədalətli seçkilərin təminatına yönələn seçki strategiyasını hazırlamağı; seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, seçki komissiyalarının paritet əsaslarla formalaşmasına nail olmağı planlaşdırır. Şura söz, ifadə, toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqların təminatı üzrə sistemli iş təşkil etmək niyyətindədir. Sosial şəbəkələrdə vətəndaşların fəallığının artırılması üzrə addımların qəbulu, demokratik proseslərdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi, inzibati idarəçilik islahatlarının sürətləndirilməsi məqsədilə effektiv formaların müəyyən edilməsi nəzərdə tutulur. Həmçinin DQMŞ Azərbaycanın Avrointeqrasiyasına yardım göstərməyi, “Şərq tərəfdaşlığı” məqsədlərinin Azərbaycanda ardıcıl həyata keçirilməsi üzrə proqram qəbul etməyi planlaşdırır. Korrupsiya, inhisarçılığın ifşası və qarşısının alınması üçün KİV-in, sosial şəbəkələrin imkanlarından effektiv istifadə təklif olunur. Saxtalaşdırılmış prezident seçkiləri haqda müsbət rəy verən beynəlxalq təşkilatların və müşahidə missiyalarının üzvlərinin ifşa olunmasının davam etdirilməsi və bundan ötrü diasporun imkanlarından istifadə nəzərdə tutulur. DQMŞ təşkilati strukturların təkmilləşdirilməsini davam etdirmək, əhali ilə kütləvi işi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Sessiyada Koordinasiya Şurasının tərkibi formalaşıb. Cəmil Həsənli (DQMŞ-nin sədri), Rüstəm İbrahimbəyov (fəxri sədr), Əli Kərimli, Mehriban Vəzir, Mehman Əliyev, Mirmahmud Mirəlioğlu, Fuad Ağayev, Leyla Yunus, Rafiq Manaflı, Mirvari Qəhrəmanlı, Eldəniz Quliyev, İbrahim İbrahimli, Kamil Vəli Nərimanoğlu, Hacıbaba Əzimov, Nurəddin Mustafayev, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Rövşən Əhmədli, Namizəd Səfərov Kordinasiya Şurasına seçiliblər. Bir yer NİDA hərəkatına verilib. Eldar Namazov və Sülhəddin Əkbər KŞ-ya daxil olmaqdan imtina ediblər. Onlar bunu “El” hərəkatında (partiyaya çevrilir) və Açıq Cəmiyyət Partiyasında (bu təşkilatın bazasında Azad Demokratlar Partiyası yaradılır) partiyadaxili quruculuq işləri ilə əsaslandırıblar.
Share |
Added: 2014-01-17
Category: Birləşmək azadlığı
Duration: 0:03:14
Tags:
Video Description: MİLLİ ŞURA 2014 - CÜ İL ÜÇÜN PRİORİTETLƏRİNİ MÜƏYYƏN EDİB