generic dapoxetine priligy
VƏTƏNDAŞ CƏMİYYƏTİ AŞPA -YA MÜRACİƏT EDƏCƏK
Select Category:
Vətəndaş Cəmiyyətinin Hüquqlarını Müdafiə komitəsi RATİ-də növbəti toplantısını keçirib. Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı qanunlara 8 əlavə, 50-dək düzəliş edib. Əlavələrin 7-i cərimələrin artırılması, 1-i QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Düzəlişlər həmçinin vergi, qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər edilib. Buna cavab olaraq QHT sektoru təmsilçiləri keçən il dekabrın 30-da Vətəndaş Cəmiyyətinin Hüquqlarını Müdafiə komitəsini təsis ediblər. Komitə bu formatda qanuna dəyişkliklər olunmamasına səy göstərir. Komitə üzvü Qubad İbadoğlu bu il yanvarın 16-da QHT-lərin Forumunun keçirilməsini, 100-dən çox QHT-nin imzaladığı müraciətin Prezident Aparatına göndərildiyini xatırladıb. Q.İbadoğlu qanuna dəyişkliklərlə bağlı 3 variant olduğunu qeyd edib. Dəyişikliklərdən imtina olunması, bir hissəsinin və ya hamısının qəbuledilməsi kimi variantlar var. Komitə hər üç variant üzrə hansı işləri görməli olacağını planlaşdırır. Komitə üzvü Leyla Əliyeva bu sahədə beynəlxalq qurumlarla əlaqələrdən danışıb. Bir sıra beynəlxalq tərəfdaşların Azərbaycan QHT-lərinə ciddi dəstək kampaniyası başlanıb. QHT-lərin fəaliyyətinə qanunlara dəyişkilik yolu ilə məhdudiyyətlər qoyulması haqda AŞPA-ya bəyanat ünvanlanıb. Reportyorların Azadlıq və Təhlükəsizlik institutunun rəhbəri Emin Hüseynov bəyanatın mətnini nəzərə çatdırıb. Yanvarın 27-ci səhərə kimi bəyanatın imzalanmaq üçün açıq olacağı deyilib. Yanvarın 27-də isə bəyanatın AŞPA rəhbərliyinə təqdim edilməsi nəzərdə tutulur. QHT-lərin bəyanatında ölkədə əsas insan azadlıqları sahəsində durumun pisləşdiyi qeyd edilib. Sənəddə QHT-lərin fəaliyyətilə bağlı qanunlara nəzərdə tutulan dəyişkliklər əslində bu qurumların dövlət nəzarəti altına alınması kimi dəyərləndirilir. Buna qədərsə rəsmi Bakının kommersiya fəaliyyətilə bağlı qanunları sərtləşdirməklə bu fəaliyyət sahəsinə vətəndaş cəmiyyətinin nəzarətini heçə endirdiyi qeyd olunur. Ölkədə ifadə, mətbuat, sərbəst toplaşmaq, etiqad azadlıqlarının pozulduğu vurğulanır. Siyasi fəallığa görə 10-larla insanın həbs edilməsinə diqqət çəkilir. Son olaraq bəyanatda AŞPA-ya rəsmi Bakıya qanuna dəyişikliklərin imzalanmaması müraciəti etməsi xahiş olunur.
Share |
Added: 2014-01-24
Category: Birləşmək azadlığı
Duration: 0:02:40
Tags:
Video Description: VƏTƏNDAŞ CƏMİYYƏTİ AŞPA -YA MÜRACİƏT EDƏCƏK