generic dapoxetine priligy
REAL PARTİYAYA ÇEVRİLİR
Select Category:
Respublikaçı Alternativ (ReAl) vətəndaş hərəkatı siyasi partiyaya çevriləcək. Yeni partiyann xətti hərəkat liderlərinin Azərbaycanın gələcəyinə baxışlarına uyğun qurulacaq. Belə ki, ReAl Azərbaycanın prezident respublikasından parlament respublikasına çevrilməsinin tərəfdarıdır. Bu barədə yanvarın 24-də keçirilən mətbuat konfransında ReAl hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib. Partiya ərazi strukturlarını ölkənin inzibati bölgüsünə görə deyil, 125 seçki dairəsi üzrə, parlament deputatlarının sayına görə quracaq. Partiya həmçinin inzibati-ərazi quruluşunda islahatların və 84 rayon əvəzinə 20-21 böyük vahid - əyalət (el) yaradılmasının tərəfdarıdır. Dairə partiya təşkilatları əyalət partiya strukturlarını formalaşdıracaq. Onların hər birinin partiya məclisində bir nümayəndəsi olacaq. Qurultayda məclisə nüfuzlu partiya üzvlərindən daha 40 nəfər seçiləcək. Məclis İdarə Heyətinin və onun cari rəhbərini təyin edəcək. Qurultay çağırılana qədər təşəbbüs qrupu formalaşdırılacaq. Dövlət qeydiyyatı üçün təşəbbüs qrupuna ən az 1000 nəfər daxil olmalıdır. Təsis qurultayının 2015-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur. Lakin buna qədər ReAl bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir. 2014-cü ilin may ayından etibarən ReAl həmçinin parlament seçkilərinə hazırlığa başlayacaq və dairələr üzrə namizədlərini müəyyən edəcək. Gələcək partiya siyasi bloklara daxil olmaq niyyətində deyil, lakin parlament seçkilərində siyasi qüvvələrlə taktiki əməkdaşlığa yol verilir. Partiyanın ideoloji əsası dövlətin bütün sahələrə - iqtisadiyyat, təhsil, vətəndaşların şəxsi həyatı və s. sahələrə müdaxiləsinin minimuma endirilməsi prinsiplərinə əsaslanır. ReAl məclisinin sədri Erkin Qədirli partiyanın proqram məqsədləri haqqında məlumat verib. Proqram 4 hissədən ibarətdir: “Real Respublika”, “Real təhlükəsizlik”, “Real insan”, “Real proqress”. Birinci hissədə parlament respublikasının yaradılması elan edilir. Bu məqsədin həyata keçirilməsi üçün ReAl islahatlar üçün 5 il ərzində keçid dövrünü zəruri hesab edir. Beləliklə, ReAl 2018-ci il prezident seçkilərində hazırki lideri İlqar Məmmədovla (hazırda həbsdədir) iştirak etmək niyyətindədir. Məmmədov o vaxta qədər azad edilməsə, partiya nə edəcək? Bu suala cavabda Qədirli bildirib ki, partiya istənilən halda öz namizədi ilə seçkilərə gedəcək. Dövlət orqanlarının bir hissəsini – Konstitusiya Məhkəməsini, Ali Məhkəməni və s, universitetləri, elm müəssisələrini regionlara köçürmək nəzərdə tutulur. Əyalətlərin rəhbərləri onların əhalisi tərəfindən seçiləcək. Əyalətlərin həmçinin xalq tərəfindən seçilən məclisləri olacaq. Yerli hakimiyyət bələdiyyələrə veriləcək. Bu zaman şəhər rəhbərləri də əhali tərəfindən seçilən merlər olacaq. “Real təhlükəsizlik” hissəsində müdafiə və təhlükəsizlik sektorunda islahatlar üzrə tədbirlər, peşəkar orduya keçid, daxili qoşunların ləğvi və jandarmeriya yaradılması, baş qərargahın ali baş komandana tabe edilməsi, müdafiə naziri vəzifəsinə mülki şəxsin təyin edilməsi, NATO standartlarına keçid nəzərdə tutulur. Avrointeqrasiya və ölkənin ÜTT , NATO və Aİ -yə daxil olması kursu seçiləcək. “Real insan” hissəsində yüksək həyat standartlarına, xüsusən yüksək rifah, səhiyyə, elm və təhsil, mədəniyyət, dini etiqad səviyyəsinə nail olmaq üzrə tədbirlər nəzərdə tutulur. “Real proqress” hissəsində liberal iqtisadi siyasət həyata keçirilməsi, azad sahibkarlığın inkişafı, ekologiyanın müdafiəsi və s. Məsələlər önə keçir. ReAl hərəkatı 2009-cu ilin yanvar ayında yaradılıb və hazırda 1200 üzvü var. Hərəkat lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşları ilə əlaqədar saxta ittihamlarla həbs edilib. Hazırda məhkəməsi gedir.
Share |
Added: 2014-01-26
Category: Birləşmək azadlığı
Duration: 0:03:49
Tags:
Video Description: REAL PARTİYAYA ÇEVRİLİR