generic dapoxetine priligy
CİNSİ AZLIQLARIN NÜMAYƏNDƏLƏRİ HÜQUQLARININ QORUNMASINI TƏLƏB EDİRLƏR
Select Category:
"Azad LGTB" təşkilatının rəhbəri, 20 yaşlı İsa Şahmarlının intihar faktı Azərbaycanda qeyri-ənənəvi cinsi orientasiyalı şəxslərin hüquqlarını müdafiə zərurətini bir daha təsdiqləyib. Şahmarlı məhz bu ideyaya xidmət edirdi, onun ölümü "Nəfəs LGTB" Alyansının mətbuat konfransı keçirməsinə səbəb olub. Alyansın rəhbəri Atilla (Cavid) Nəbiyev qeyd edib ki, bu, Azərbaycanda qeyri-ənənəvi oriyentasiyalı şəxslərin ilk mətbuat konfransıdır. O bildirib ki, Azərbaycanda homofobiya var, o, ədavət forması alır və bu zəmində cinayətlər törədilir. "Hamı kimi olmama" formatı ədavət zəminində cinayətlər törədilməsi üçün kifayət edən əsasdır. Cinsi azlıqların nümayəndələrinin hüquq-mühafizə orqanlarına müraciətləri çox vaxt mənasız olur, belə ki, onlara qarşı münasibətin özü istehzalıdır. Homoseksualların problemi hökumətlə deyil, anlayışsızlığını kin həddinə çatdıran insanlarladır. Bu, qətlə səbəb ola bilərmi? Çıxış edənlərin fikrincə, ədavət zəminində törədilən cinayətlərə görə cəza sərtləşdirilməlidir. Media, daha doğrusu homoseksualizm mövzusuna həsr edilmiş materiallarda medianın istifadə etdiyi, ədavəti daha da gücləndirən dil də problem yaradır. LGTB nümayəndələri cinsi azlıqların müdafiəsi məsələsinin parlamentə çıxarılması haqqında imzatoplama kampaniyasına başlamaq, həmçinin on-line imzatoplama təşkil etmək istəyir. Onların gənclər arasında maarifləndirici iş, "qaynar xətt" yaradılması üzrə çox sayda planları var. Mətbuat konfransında iştirak edən İsa Şahmarlının dostları onun intihar törətməsi faktına inanmadıqlarını bildiriblər. Gənclər deyiblər ki, onun maarifləndirmə işi, azad radio yaradılması, maarifləndirici videolar hazırlanması, qeyri-ənənəvi orientasiyalıların hüquqlarının müdafiəsi və s. Sahədə bir çox planları var idi. Dostları hesab edirlər ki, İsa intihar edə, xüsusən də LGTB bayrağından özünü asa bilməzdi.
Share |
Added: 2014-01-29
Category: Gender bərabərliyi
Duration: 0:03:12
Tags:
Video Description: CİNSİ AZLIQLARIN NÜMAYƏNDƏLƏRİ HÜQUQLARININ QORUNMASINI TƏLƏB EDİRLƏR