generic dapoxetine priligy
"GƏLƏCƏK AZƏRBAYCAN" PARTİYASININ YARADILDIĞI ELAN EDİLİB
Select Category:
Bu gün RATİ-də keçirilən mətbuat konfransında yeni “Gələcək Azərbaycan” siyasi partiyasının təsis edildiyi bəyan edilib. Yeni partiyanın təşkilat komitəsinin üzvü Ağa Abdullaoğlu qurumun 20 dekabr 2013-cü ildə təsis edildiyini bildirib. Abdullaoğlunun sözlərinə görə, Təşkilat Komitəsinin İdarə Heyəti 13 nəfərdən ibarətdir, onların 9-u gənclərin, 4-ü isə yaşlı nəslin nümayəndələridir. “Partiyanın təsis edilməsindən 40 gün keçir, bu müddət ərzində Bakı şəhərinin 11 rayonunda təşkilat komitələri yaradılıb”, deyə Abdullaoğlu bildirib. Onun sözlərinə görə, yeni siyasi partiyanın yaradılması zərurəti bir neçə partiya istisna olmaqla, müxalifətin zəif fəaliyyəti, habelə ölkədə və regionda ictimai-siyasi vəziyyətlə izah edilir. Partiya əsasən gənclərlə işləyəcək. Partiyanın Təşkilat Komitəsinin sədri 25 yaşlı Ağasif Şakiroğlunun fikrincə, son 20 il ərzində hazırki hakimiyyət özünü “uzunmüddətli məğlubiyyətə” gətirib çıxarıb. Yeni strategiya və taktika, yeni metodlar lazımdır. Ağasif Şakiroğlu bildirib ki, partiya “prinsipiallıq, qətiyyət, güzəştsizlik, konformizmsizlik” nümayiş etdirəcək. O qeyd edib ki, fevralın 14-də partiyanın qurultayı keçiriləcək, daha sonra regionlarda iş başlayacaq. Bu işlərin maya qədər yekunlaşdırılması planlaşdırılır. Həmsədrlik institutundan istifadə etmək nəzərdə tutulur. “2015-ci ilə qədər biz böyük tələbə hərəkatı yaradacağıq, gücünə və əhəmiyyətinə görə ikinci və ya birinci partiya olacağıq”, deyə Şakiroğlu qeyd edib. Bu zaman o vurğulayıb ki, “Gələcək Azərbaycan” real müxalifət partiyaları ilə əməkdaşlığa hazırdır. Partiyanın maliyyələşmə mənbələri haqqında suala cavabda Şakiroğlu iştirak edən üzvləri göstərərək, hələlik işlərin şəxsi vəsait hesabına aparıldığını deyib. O, yeni partiyanın yaradılmasının arxasında həbsdə olan keçmiş nazir Əli İnsanovun və eks-spiker Rəsul Quliyevin durduğu haqqında məlumatı təkzib edib. Bu zaman o bildirib ki, partiya siyasi mühacirətdə olan şəxslərin qayıtması, habelə siyasi məhbusların azad edilməsi uğrunda mübarizə aparmaq niyyətindədir.
Share |
Added: 2014-01-30
Category: Birləşmək azadlığı
Duration: 0:02:41
Tags:
Video Description: "GƏLƏCƏK AZƏRBAYCAN" PARTİYASININ YARADILDIĞI ELAN EDİLİB