generic dapoxetine priligy
MİLLİ ŞURA M.Ə.RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ TOPLAŞDI
Select Category:
Yanvarın 28-də Demokratik Qüvvələrin Milli Şurası AXCP-nin qərargahında Azərbaycan demokratik Cumhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin 130 illiyilə bağlı tədbir keçirib. Milli Şuranın sədri Cəmil Həsənli Rəsulzadənin ömür yolu, ictimai-siyasi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini "Rəsulzadə ideyalarının təntənəsi" adlandırıb."Rəsulzadənin fiziki ömrü də, mənəvi ömrü də ona qarşı mübarizə aparanlardan böyük oldu. Rəsulzadəyə qarşı duranların çoxu torpağa gömüldülər, onların çoxunun heç adını tanıyan yoxdu. Amma Məhəmməd Əminin baxışlarının aynası olan üçrəngli bayrağımız meydanlarda ucalanda millət onun ətrafında toplaşdı", - deyə Cəmil Həsənli vurğulayıb. Milli Şura sədri Rəsulzadəyə Azərbaycan hakimiyyətinin biganə, ögey münasibətini tənqid edib. Milli Şuraya Rəsulzadənin 130 illiyilə bağlı tədbir keçirmək üçün yer verilmədiyini bildirib. Cəmil Həsənli həmçinin indiyədək Rəsulzadəyə abidə qoyulmamasını da böyük ədalətsizlik kimi dəyərləndirib. Rəsulzadə irsinin araşdırmaçısı olan Ege Universitetinin Türk dili kafedrasının müdiri, professor Əli Yavuz Akpınar çıxışında deyib ki, Rəsulzadə irsinin indiyəcən tam araşdırılmayan nümunələri var. Onların əksəriyyəti türk mediasıda cəmlənib. Digər çıxışlarda Rəsulzadənin müstəqil Azərbaycan ideyalarına sədaqətindən söz açılıb, bu ideyaların davam etdirilməsinin, onun irsinin xalqa çatdırılmasının gərəkliyi önə çəkilib, əsərlərinin tədris olunmaması faktı tənqid edilib, Rəsulzadənin adının BDU-ya qaytarılmasının vacibliyi vurğulanıb. AXCP sədri Əli Kərimli Rəsulzadədən örnək alınası iki məqam olduğunu deyib: "Onlardan biri budur ki, Rəsulzadə, hətta ən ağır vəziyyətdə, onun ideyalarına açıq dəstək nümayiş etdirməyə cəsarət göstərməyənlərin olduğu zamanlarda belə, qələbəyə inamını itirmədi, Azərbaycanın müstəqilliyə qovuşacağına, üçrəngli bayrağın bərpasına inandı. Ikinci məqam isə odur ki, Rəsulzadə hazırlıqlı adam olub, o bilirdi ki, yaxın illərdə arzuladığı nəticəni görə bilməyəcək, buna baxmayaraq, onun işdən əli soyumayıb". Əli Kərimli qeyd edib ki, bu cür fədakar nümunəni yaratmaqla Rəsulzadə azərbaycanlılara böyük mənəvi miras qoyub. AXCP sədri çıxışını "Rəsulzadə kimi şəxsiyyəti yetirən xalq əsarətilə barışa bilməz, tezliklə azadlıq və demokratiyaya qovuşacaq" fikrilə tamamlayıb.
Share |
Added: 2014-02-02
Category: Birləşmək azadlığı
Duration: 0:03:51
Tags:
Video Description: MİLLİ ŞURA M.Ə.RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ TOPLAŞDI