generic dapoxetine priligy
GƏNCLƏRƏ DƏSTƏK MARAFONUNA START VERİLDİ
Select Category:
Bu gün Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) qərargahında Milli Şura xeyriyyə marafonu keçirib. Marafonda məqsəd keçən il dekabrın 25-də məmur özbaşınalığına etiraz edərək özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun faciəli ölümünə etiraz olaraq keçirilən aksiyada saxlanılaraq məhkəmə tərəfindən cərimə olunan gənclərin cərimələrini ödəməsinə yardımçı olmaqdır. Fevralın 4-də saat 12-də başlayan xeyriyyə marafonunun bir neçə gün davam edəcəyi bildirilir. Marafonun ilk günün bir neçə saatı ərzində aksiyaya 70-ə qədər vətəndaş qoşulub. Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi patiyasının sədri Mirmahmud Mirlioğlu marafona vəsait keçiriblər. Bir neçə saat ərzində 1300 manat maiddi vəsait yığılıb. AXCP sədri Əli Kərimli kəsilən cərimələri iqtidarın gənclərin gözünü qorxutmaq istəməsi kimi dəyərləndirib. AXCP sədri ölkə gənclərinə öz həmyaşıdlarına dəstək olmaq çağırışı edib.
Share |
Added: 2014-02-06
Category: Birləşmək azadlığı
Duration: 0:03:14
Tags:
Video Description: GƏNCLƏRƏ DƏSTƏK MARAFONUNA START VERİLDİ