generic dapoxetine priligy
NİDA MÜBARİZƏNİN DÖRDÜNCÜ İLİNƏ QƏDƏM QOYUR
Select Category:
N!DA vətəndaş hərəkatı fevralın 8-də 3 yaşını qeyd edib. Təşkilatın ildönümü Vətəndaş Həmrəyliyi Partiyasının mənzil qərargahında keçirilib. Müxalifət partiyalarının, Milli Şuranın liderləri, həbsdə olan fəalların valideynləri gəncləri təbrik etməyə gəliblər. Müxalifətin prezidentliyə əski vahid namizədi, Milli Şuranın sədri Cəmil Həsənli bu günlə 1918-20 ci illərin Xalq Cümhuriyyətinin arasında paralel apararaq Azərbaycanda gənclər hərəkatının əhəmiyyətindən danışıb. "O illər minlərlə gənc Azərbaycanın azadlığı üçün canını qurban verdi və siz onların mübarizəsinin davamçılarısınız", deyə o bildirib. Bu gənclər hərəkatı artıq itkilər verib. 2013-cü ilin mart-aprelində NIDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı kütləvi iğtişaş yaratmaq ittihamı ilə həbs edilib. Onlar və təşkilatın digər üzvləri orduda qeyri-döyüş şəraitində əsgər ölümlərinə etiraz aksiyasının iştirakçısı idilər. N!DA 4 fevral 2011-ci ildə demokratik dövlət qurulması məqsədini elan edən gənclər birliyi kimi yaradılıb və cəmiyyətdə populyarlıq qazanıb. Hərəkat Cəmil Həsənlinin seçki təbliğatında vacib rol oynayıb. Bu təşkilatın gücünü o da göstərir ki, daha çox həbs edilən və məhkəməyə verilən fəalları var. B gün həbsdə olan fəalların simaları təşkilatın yeni saytında videoçarxlarda göstərilib. Belə mikrofilmlərdən biri Brüsseldə keçiriləcək Avropa sosial reklam müsabiqəsinin nominantları siyahısına salınıb. Ad günü bayram tortu və N!DA-nın kursunun sarsılmazlığı barədə şüarlarla başa çatıb.
Share |
Added: 2014-02-11
Category: Birləşmək azadlığı
Duration: 0:02:15
Tags:
Video Description: NİDA MÜBARİZƏNİN DÖRDÜNCÜ İLİNƏ QƏDƏM QOYUR