generic dapoxetine priligy
SOVET KÜÇƏSİNİN SAKİNLƏRİ HAKİMİYYƏTƏ BİR HƏFTƏ VAXT VERDİ
Select Category:
Yasamal rayonundakı keçmiş Sovet (indiki Nərimanov) və ətraf küçələrin təxminən 5 min sakini fevralın 16-da 173 saylı məktəbin qarşısında etiraz mitinqi keçirib. Aksiyaya Milli Dram teatrının arxasından Hüseyn Cavid bağınadək olan ərazinin sökülməsinə başlamaq qərarı və sakinlərə hər kvadrat metrə 1500 manat kompensasiya təklif edilməsi səbəb olub. Yasamal rayon icra hakimiyyətinin başçısının müavini Səməd İslamov etirazçıların qarşısında çıxış edərək bəzi vədlər verib. O insanları sakitləşdirməyə çalışıb və əmin edib ki, heç kəsi zorla evindən çıxarmayacaqlar. Sakinlər iddia edirlər ki, ədalətli kompensasiyanın məbləği təklif ediləndən azı iki dəfə artıq olmalıdır. Onlar həmçinin köçürülmənin qanun çərçivəsində, heç kəsin hüququnu pozmadan aparılmasını, kompensasiyanın 50 il əvvəlin sənədlərilə deyil, real sahəyə uyğun hesablanmasını tələb ediblər. Ətraf məhəllələrin sakinləri bu dairədən deputat Ülvi Quliyevin onların yayında olmamasından, mülkiyyət hüquqlarının qorunmasına, tələblərinin yerinə yetirilməsinə yardım etməməsindən şikayətləniblər. Aksiyaya qoşulanların sayının artdığını görən polis dəstələri daha kəskin mövqedə olanları sakitləşdirməyə çalışırıblar. Sovetski sakinlərinin etiraz aksiyası iki saat davam edib. Sonda hakimiyyətə bir həftə vaxt verilməsi, həftə sonuna yeni aksiya təyin olunması elan edilib. ( Xatırladaq ki, sözü gedən ərazidə təxminən 10 min evin sökülməsi, Baş plana əsasən evlərin yerində park salınması nəzərdə tutulur.
Share |
Added: 2014-02-19
Category: Mülkiyyət hüququ
Duration: 0:04:09
Tags:
Video Description: SOVET KÜÇƏSİNİN SAKİNLƏRİ HAKİMİYYƏTƏ BİR HƏFTƏ VAXT VERDİ