generic dapoxetine priligy
BDU TƏLƏBƏLƏRİNİN ETİRAZ AKSİYASI
Select Category:
Bu gün Bakı Dövlət Universitetinin (BDU) qarşısında yüzlərlə tələbə etiraz aksiyası keçirib. Onlar aksiyanı facebook sosial şəbəkəsi vasitəsilə təşkil ediblər. Gənclər Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz edirlər. Etirazçı tələbələr “Girməyin cibimizə, tamah güc gəlib sizə!”, “Kəsr üçün pul verməyək!”, "Qanunları pozmayın, saxta qanun yazmayın" və başqa şüarlar səsləndiriblər. "Biz krediti ödəyirik. Amma, universitetei başa vurduqdan sonra deyirlər ki, hansısa kursdan akademik borcunuz qalıb, yenidən pul ödəməlisiniz. Bunlar qanun poizuntusudur", -tələblərdən biri qeyd edib. Aksiya zamanı “Amerikanın Səsi” radiosunun müxbiri, Turan agentliyinin fotoqrafı və digər jurnalistlər də təzyiqə məruz qalıb. Bir neçə tələbə BDU-nun mühafizəçilərinin hücumuna məruz qalıb. Universitet mühafizəçiləri jurnalistlərə və tələbələrə qarşı daha kobudluq ediblər. Polis bir neçə tələbə və jurnalisti saxlayıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə deyib ki, etiraz doğuran məsələ Təhsil nazirliyinin nümayəndələri ilə müzakirə olunur. Rektor aksiya keçirən tələbələri məsələni universitetin daxilində müzakirə etməyə çağırıb. Polis tələbələri BDU-nin həyətini tərk etməyə dəvət edib və tələbələr polisin çağrışına əməl edib. Lakin bir qədər sonra onlar Milli Elmlər Akademiyasının qarşısında yenidən aksiyanı bərpa ediblər. Uca səslərlə "Rüşvətə yox!", "Qanunsuzluğa yox!" şüarları sələndirilib.
Share |
Added: 2014-02-20
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:09:25
Tags:
Video Description: BDU TƏLƏBƏLƏRİNİN ETİRAZ AKSİYASI