generic dapoxetine priligy
BDU-NUN REKTORU ETİRAZÇI TƏLƏBƏNİ HƏDƏLƏDİ
Select Category:
Fevralın 20-də Bakı Dövlət Universitetinin tələbələri Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəməklə bağlı qərarına etiraz aksiyası keçiriblər. Bu gün universitetin rektoru Abel Məhərrəmov və Təhsil nazirliyinin nümayəndələri BDU-da narazı tələbələrlə görüşüblər. Tələbələr təhsil sahəsindəki problemlər, universitetdə üzləşdikləri qanunsuzluqlar barədə danışıblar. Dördüncü kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvarında “Slavyan ölkələrinin tarixi” fənnindən imtahan verdiyi, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini söyləyib. “Müəllim məndən 70 manat rüşvət istəyib. Mən Qarabağ şəhidinin qızıyam. Rüşvət vermək üçün pulum yoxdur. Rüşvət nə vaxta qədər davam edəcək"-deyə qeyd edib. Tələbənin çıxışı alqışlarla qarşılanıb. Rektor Abel Məhərrəmov tələbəni yaxşı tanıdığını deyib. Onun sözlərinə görə, Ramilə Kiçiyeva 3 dəfə universitetdən xaric olunaraq yenidən bərpa edilib. Rektor ona kömək etdiyini bildirib. Tələbənin bu qədər insan qarşısında belə fikir səsləndirməsinin düzgün olmadığını söyləyərək A.Məhərrəmov universitetin hüquqşünasına tapşırıb ki, böhtan atdığına və müəllimi şərlədiyinə görə Ramilə Kiçiyeva məhkəməyə verilsin.
Share |
Added: 2014-02-22
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:02:42
Tags:
Video Description: BDU-NUN REKTORU ETİRAZÇI TƏLƏBƏNİ HƏDƏLƏDİ