generic dapoxetine priligy
XOCALI SOYQIRIMININ 22-Cİ İLDÖNÜMÜNDƏ QARŞIDURMA
Select Category:
Bu gün Azərbaycanda Xocalı soyqırımının 22-ci ildönümü qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib. Xocalı faciəsinin 22-ci ildönümünü müxalifət qüvvələri-Demokratik Qüvvələrin Milli Şurası və Müsavat partiyası yürüşlə yad edib. Yürüş metronun Xətai stansiyası qarşısından başlayıb. İştirakçılar yol boyu "Xocalıya ədalət", "Qarabağ" və "Zəfər zəngi çalınsın, qisasımız alınsın" şüarları səsləndiriblər. Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub. Milli Şura liderləri Cəmil Həsənli ilə Əli Kərimli çıxış ediblər. Müsavat partiyasının başqanı İsa Qəmbər Xocalı soyqırımının qisasının torpaqlarımızı geri almaqla mümkün ola biləcəyini bildirib. Xocalı abidəsini ziyarətdən geri qayıdanda polislər Milli Şura üzvlərinə, AXCP sədri Əli Kərimliyə qarşı təxribata cəhd göstəriblər. Fəallar polislərin qanunsuz hərəkətinə imkan verməyib, qarşıdurma yaranıb.
Share |
Added: 2014-02-26
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:05:40
Tags:
Video Description: XOCALI SOYQIRIMININ 22-Cİ İLDÖNÜMÜNDƏ QARŞIDURMA