generic dapoxetine priligy
MİLLİ ŞURANIN AVROİNTEQRASİYA MÜZAKİRƏLƏRİ
Select Category:
Azərbaycanın Avropaya inteqrasiyasının alternativi yoxdur. Milli Şuranın cümə günü RATİ-nin "Azərbaycan Media və İnsan Hüquqları Mərkəzi"ndə Avrointeqrasiya mövzusunda keçirdiyi dinləmələrdə bir sıra müxalifət partiyalarının təmsilçiləri, ziyalılar, ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Azərbaycan 2004-cü ildə Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” layihəsinə, 2009-cu ildə isə “Şərq Tərəfdaşlığı” Proqramına qoşulub. Bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb. Saziş vizaların sadələşdirilməsi, qanunsuz miqrantların qaytarılmasını nəzərdə tutur. Ukrayna hadisələrindən sonra Avropa İttifaqı ilə assosiativ saziş imzalanması da ictimai müzakirələrin mövzusudur. “Bu yaxınlarda Gürcüstan və Moldova Aİ ilə assosiativ sazişi imzalayacaq. Ukraynanın isə sazişdən imtina etməsi ölkədə azadlıq, demokratiya istəklərini birləşdirdi və xalq inqilab etdi. Azərbaycan da assosiativ sazişi imzalamalıdır”, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli qeyd edib. “Azərbaycan strateji tərəfdaşlıq sazişi imzalamaqda maraqlıdır. Bu modernləşmə sazişidir və tam başqa məzmundur. Bizim maraqlarımıza Avropaya tam inteqrasiyanı nəzərdə tutan assosiativ sazişin imzalanması cavab verir”, Milli və Strateji Beynəlxalq Araşdirmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva bildirib. Dinləmələr boyu Azərbaycan iqtidarının son 20 ildə ölkəni Avropa dəyərlərindən geri sürüklədiyi, avtoritarizmə apardığı bildirilib. ”Azərbaycanın indiki siyasi kimliyi avtoritarizmidir. Amma yüz il öncə babalarımız Azərbaycanın siyasi kimliyini Avrointeqrasiyada görürdü. Azərbaycan “Şərq Tərəfdaşlığı”na daxil olan 6 ölkə arasında yalnız Belorusdan irəlidir. Belorus da artıq seçki sistemlərində Azərbaycandan irəlidədir. Biz nəticə çıxarmalıyıq”, Əliyeva əlavə edib. Keçmiş SSRİ məkanında Avropa dəyərləri uğrunda mübarizədə ən böyük zərbələri Azərbaycan alıb. Bunun müqabilində isə Avropadan ən az dəstəyi də Azərbaycan alıb. Avropa İttifaqı Azərbaycana münasibətdə demokratik dəyərlərə deyil, enerji əməkdaşlığına daha çox üstünlük verir. “Ermənistan artıq Rusiyanın tərkib hissəsinə çevrilməkdədir. Buna baxmayaraq Aİ-nin bu ölkəyə münasibəti hələ də dəyişməz qalır. Azərbaycan əhalisinin gəlirinin böyük hissəsi Rusiyadan gəlir. Avropa İttifaqının Gürcüstanda və Azərbaycanda münaqişələrin həllinə təsiri hiss edilmir. Bu səbəblərdən Azərbaycan seçicisi düşünür ki, Aİ-yə üzvlük Dağlıq Qarabağ probleminin ədalətli həllinə kömək edəcəkmi? Aİ-nin ölkənin demokratik qüvvələri ilə də məsafədən əlaqə saxlaması seçiciyə ümid vermir”, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli vurğulayıb. “Azərbaycanın korrupsioner, rüşvətxor məmurlarının ”pulları nə Rusiya, nə də Çin banklarındadır. Onlar pullarını Avropa və Amerika banklarında saxlayır. Sonra isə bu pulları Azərbaycana guya xarici investisiya kimi faizlə verirlər”, vəkil Aslan İsmayılov bildirib. “Demokratik qüvvələr Azərbaycan xalqına çatdırmalıdır ki, Avropaya inteqrasiya həyatınız dəyişəcək, korrupsiya, rüşvətə son qoyacaq, ölkəni klanın, tayfanın əlindən alacaq. Avropa İttifaqının maraqları ilə Azərbaycan xalqının demokratikləşmə maraqları üst-üstə düşür”, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib. Müzakirələrdə Avrointeqrasiya prosesinin getdikcə güclənəcəyi qeyd edilib. Yaxın zamanlarda Avropanın maraqları Azərbaycan iqtidarının maraqları toqquşacaq. Bu 2015-ci ilə də təsadüf edə bilər. Bununla yanaşı Ukraynaya təzyiqlər göstərdi ki, Azərbaycana da təzyiqlər artacaq. Bu təzyiqləri əsasən Rusiyadan gözləmək olar. “Avropa İttifaqına inteqrasiya qrup dövlətlər və ya region dövlətləri səviyyəsində olanda təsirləri azalda bilər. Gürcüstanın, Ukraynanın interqasiya prosesləri bu mənada dərs ola bilər. Gürcüstan 2008-ci il böhranı da bir daha sübut etdi ki, təklikdə inteqrasiya mümkün deyil. Avropa İttifaqı, NATO-da təklikdə inteqrasiyada maraqlı görünmür. Avropaya inteqrasiya labüddür və artıq Avropanın coğrafi sərhədləri siyasi sərhədlərə çevrilir”, filosof Əli Abbasov bildirib. Milli Şuranın sədri Cəmil Həsənli son dövrlər ölkədə Avropa dəyərlərinin bütün istiqamətlərdə geriləməkdə olduğunu diqqətə çatdırıb. Ölkədə 600 min ailə (2 milyondan çıx insan) ünvanlı sosial yardım üçün müraciət edib, işçi əhalinin yarıdan çoxu ölkəni tərk edib. “İlham Əliyev isə deyir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq daxili bazarı qorumaqdan irəli gəlir. Heç bir dövrdə talançılıq bu səviyyədə olmayıb. Bunlar bazarı yox, öz monopolist maraqlarını qoruyur”, Həsənli qeyd edib. Milli Şuranın sədri Azərbaycanın hazırkı rejiminin tutduğu yolun xalqa və Avropa dəyərlərinə zidd olduğunu deyib. Həsənli eyni zamanda Avropa dövlətlərini Azərbaycana münasibətdə qınayıb. “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident seçkilərində müşahidə etdikləri məntəqələrdə seçkilərin 58 faizinin saxta olduğunu bəyan edib. Bunun müqabilində Aİ və ya ATƏT-ə üzv olan axı 3-4 dövlət seçkilərin nəticələrini tanımamalı idi. Bu mənada münasibətlər prioritet olsa idi yaxşı olardı”, Milli Şuranın sədri müzakirələrə yekun vurub.
Share |
Added: 2014-02-28
Category: Birləşmək azadlığı
Duration: 0:06:05
Tags:
Video Description: MİLLİ ŞURANIN AVROİNTEQRASİYA MÜZAKİRƏLƏRİ